Yeridi (Novrəs İman)

Yeridi
Müəllif: Növrəs İman
Mənbə: Novrəs İman. Seçilmiş əsərləri. (Toplayıb tərtib edəni: İslam Ələsgər) Bakı, "Səda", 2004. səh.161-166

Min üc yüz otuz beşdə,
Tərk oldu Niqalay hanı?
Ənvər bəyin köməkdarı
Yaşasın Nuru Paşanı!
Tərlan kimi qanad calıb,
Gəlib aldı Qafqazyanı.
Müşriki kor eləyib,
Şad elədi müsəlmanı,
Yazılıb, vəsfi düşüb
Dillərə dastan yeridi.