Yeriməz salik olan rahi-rizadən qeyri
Yeriməz salik olan rahi-rizadən qeyri Müəllif: Mirzə Saleh Təbrizi |
Yeriməz salik olan rahi-rizadən qeyri,
İstəməz arif olan cövrü cəfadən qeyri.
Varıdır hər nə gərək mehrü vəfadən qeyri,
Yoxudur, istəməyin cövrü cəfadən qeyri.
Görmədim mehr təriqində sitəmdən özgə,
Gəlmədi eşqdə başımğa bəladən qeyri.
Görgəc ol xosrovi-xubanı nə əfğanlar edim,
İti söz kimsə deməz şahə gədadən qeyri.
Yardan başqa dü aləmdə muradım yoxdur,
Nə gərək dərdi olan canə dəvadən qeyri.
Könlini saf elə xəlq iləvü asudə diril,
İstəməz ayinə heç kimsə səfadən qeyri.
Əhli-məal nəvü mehri nəvü kini nə ola,
Saymadım heç kimi mövcud Xudadən qeyri.
Qədü baləvü gözü qaşilə yox bazarım,
Könlümü seyd etməz imiş hüsn ədadən qeyri.
Qapı çox gəzdimü göz yaşımı bica tökdüm,
Yox imiş dadə yetən kimsə Xudadən qeyri.
Salehi mən edərlər meyü məşuqindən,
Bana heç kim sitəm etməz Salehadən qeyri.