Yetər (Ozan Heydər)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Yetər (XV əsr)
Müəllif: Ozan Heydər
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Haqqa varan haqqı bular,
Haqq ilə imana yetər.
Ələstdən ruhu şad olan,
Yetəndə sübhana yetər.

Üzündə doğru bulmayan,
Könlünə işıq salmayan,
Məddahi-mövla olmayan,
Mətləbdə şeytana yetər.

Heydərdi məhşərə gedən,
Sidqi ibadətə yetən,
Məhəmmədə biət edən,
Zikr edib Qurana yetər.