Yetərmi
Yetərmi Müəllif: Mirzəcan Mədətov |
Girdabi-möhnәtdә qәrq olan canım,
Ya rәb, ola bir kәnarә yetәrmi?
Bu seyli-bәladәn, tufan qәmindәn
Xilas olub, o dildarә yetәrmi?
Qәm lәşkәri mәnә olub hәvalә,
İstәyir qürbәtdә canımı alә,
Çәkdiyim әfğanlar, etdiyim nalә
Bu diyardan o diyarә yetәrmi?
Çünki belә hicran düşmüş arayә,
Kim var ki, yetişsin bunda harayә
Ümid yox qasidә, badi-sәbayә,
Bir ah çәksәm, onda yarә yetәrmi?
Necә dözsün canım bu sitәmlәrә,
Munca möhnәtlәrә, munca qәmlәrә?
Yarımın kuyindә siz hәmdәmlәrә
Bir dә görüm bu biçarә yetәrmi?
Fәlәk mәni böylә salmış avarә,
Könül müştaq, göz müntәzir didarә,
Mirzәcani, mәgәr o gülüzarә
Sәnin kimi bәxtiqarә yetәrmi?