Yetişdi (Sarı Aşıq)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Yetişdi Müəllif: Sarı Aşıq |
Bir namə yazmışdı gözəllər şahı,
Gəldi məni-mübtəlaya yetişdi.
Guşeyi-külahım fəxri-namədən,
Çərxə dəyib, Məsihaya yetişdi.
Şəhbazi-aləmdən istərəm səni,
Xudanı sevərsən, unutma məni,
Guya ki, Yusifin gül pirəhəni,
Gəldi Yəqub binəvaya yetişdi.
Sən qərib aşiqin qibləgahısan,
Məlamət mülkünün padişahısan,
Aşiqi-sadiqin sən pənahısan,
Səadətin Sürəyyaya yetişdi.