Yetişdi cana konul, ey nigar, rəhm eylə

Yetişdi cana konul, ey nigar, rəhm eylə
Müəllif: Mir Mehdi Xəzani
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Yetişdi cana konul, ey nigar, rəhm eylə,
Qalıb yolunda gozum intizar, rəhm eylə!
 
Fəğanu nalə-işim, əndəlibi-şeydayəm,
Acılmadı mənə bir novbahar, rəhm eylə!

Xumar gozlərinin cun məriziyəm, ey gul,
Rəva deyil ki, qalam boylə zar, rəhm eylə!

O qədər mohnəti-hicranını cəkib konlum
Ki, qalmayıb dəxi səbru qərar, rəhm eylə!

Cəmal həsrətiyəm, daima odur fikrim,
Olubdu dərdu qəmim sədhezar, rəhm eylə!

Nə dərdməndu nə bir munisu nə yarım var,
Nə bir ənisu nə bir qəmkusar, rəhm eylə!

Məlali-rəşgu vusalu hucumi-firqətdən
Olubdu didələrim əşkbar, rəhm eylə!

Xəzani xəstə dərində həmişə saildir
Ki, yox əlində dəxi ixtiyar, rəhm eylə!