Yetməz tamamə zülfi-siyahın hekayəti

Yetməz tamamə zülfi-siyahın hekayəti
Müəllif: Bahar Şirvani
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13.

Yetməz tamamə zülfi-siyahın hekayəti,
Bir qissədir uzun, onun yox nihayəti.

Axırda etdi xaluvu da qan içən ləbin,
Yoldaşlığın, bəli, olur axir sirayəti.
 
Öylə ki, tari-zülfün ona hər zaman dəyir,
Axırda incinib, üzün eylər şikayəti.

Dedin ki, kim əlac edər zəxmi-sinəvə,
Qəmzən edər əlac, əgər olsa inayəti.

Qəddin hədisi aləm ara saldı fitnələr,
Şuriş düşər yetəndə, bəli, məhşər ayəti.

Tapmazdı ləblərində könül çeşmeyi-həyat,
Xizri-xətin gər eyləməyəydi hidayəti.

Derlər ki, hicr qayəti hicrandır, Bahar,
Yarəb, hara yetə, görəsən, hicr qayəti?