Yol gözləməkdən gözlər, dil-dodaq sevər şəkəri

Yol gözləməkdən gözlər, dil-dodaq sevər şəkəri! (1996)
Müəllif: RAUF CAVAD

Kədərinə boğub sevgili Cananım sözləri,
Alıb ümid aparıb, həsrətdə qoyub gözləri.

Fikirlərdə qocalıb Rövşən, dərd-qəm boğub məni,
Ahuzar etməkdən can yorulub, gəl gör kədəri.

Qocalır Həsrət, yar, ax ölüm də qorxudur məni,
Həsrətdən ölmək, iztirab, ah yandırır qəhəri.

Süzülən göz yaşları, Şirin, dərd ağladır məni,
Acı həyat, ürək yanğısı sızladır qədəri.

Yağan yağışlar, yar, mənə xatırladır həp səni,
Qaranlıq-nur gecələr, mənə göstərir səhəri.

Oyanmaq istərəm röyadan çün görəm yar səni,
Min kərə tarix geciksə, gözlər, gözlər xəbəri.

Əhvalım olub yaman, ürək istər yalnız səni,
Ölmədən öncə, Həsrət istər görə, xoş nəzəri.
   
Səssizliyin sinəmə qəhər, sevər Rauf səni,
Yol gözləməkdən gözlər, dil-dodaq sevər şəkəri!
              ...Müəllif:Rauf Cavad