Yollar, hey
Yollar, hey Müəllif: Şımpırlı Sevgili |
Mənbə: Hüseyn İsmayılov, "Göyçə aşıqları və el şairləri", I cild. Bakı: "Səda", 2006. səh.122. |
Ərş ahımdan zinhar oldu,
Yollar, qədəmli olsan, hey!
Çək canımı - irahlanım,
Məzar, udumlu olsan, hey!
Kövsər gölləri içirsən,
Tuba bağlara uçursan.
Həm gətirən, həm göçürən,
Dada yetimli olsan, hey!
Dəli dərya axıb-coşub,
Baxıb mana - rahatlaşıb.
Sevgilidən ibrət qoşub,
Dərdə yatımlı olsan, hey![1]
İstinadlar
redaktə- ↑ Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5