Yolunda nə əzab çəkərsəm, xoşdur
Yolunda nə əzab çəkərsəm, xoşdur Müəllif: Xaqani Şirvani Tərcümə edən: Maarif Soltan |
Mənbə: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004. |
Yolunda nə əzab çəkərsəm, xoşdur,
Səndən ümidimi kəsməmişəm mən.
Layiqəm hər cürə töhfənə, nolar,
Gəlib ruh verəsən bədənimə sən.