Yox mu (XIII əsr)
Müəllif: Dehqani
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Əcəb bu dərdimin dərmanı yoxmu?
Ya bu səbr etməyin oranı yoxmu?
Yanaram mumlayın başdan ayağa
Nədir bu yanmağın payam yoxmu?
Güiər düşmən mənim ağlamağıma
Əceb, şoİ kafirin imanı yoxmu?
Dəlibdir ciyərimi qəmzən oxu
Ara, ürəkdə ger peykanı yoxmu?
Su kimi qanımi torpağa qardın
Ne sanırsan qəribin qanı yoxmu?
Cəmali-hüsnünə məğrur olursan
Kəmali-hüsnünün nöqsanı yoxmu?
Bəyim, Dehqaniyə ölməzdən öndə
Tapuna irməyin imkanı yoxmu?