Qəm, qüssəm başımdan aşıb,
Mən tək dərddə qalan yoxdu.
Ah çəkməkden bağnm bişib,
Bircə yada salan yoxdu.
Necə baxım ev-eşiyə,
Yaralı könlüm üşüyə,
Toz bürümüş boş beşiyə
Şirin layla çalan yoxdu.
Çənlibeidə qar görünür,
Güllər mənə xar görünür,
Günüm ahu-zar görünür
Bir qaydıma qalan yoxdu.
Sənə deyim ər Koroğiu,
Kəsirsən dağlarda yolu.
Bir çarə söyle, nə olu?
Dərdə çarə qılan yoxdu.
Dəlilər sapa düzülər,
Əlim-əlindən üzülər,
Bağman ölso, bağ pozular,
Mən tək gülü solan yoxdu.
Çənlibeli güllər bəzər,
Güllər saralsa kim üzər?
Hər quş balasıynan gəzor,
Niyo sənin balan yoxdu?
Koroğlusan, hay salarsan,
Paşalardan bac alarsan,
Neçə şəhərlər talarsan,
Sən tək şəhri talan yoxdu.
Nə dərd olsa, meni tapar,
Sonsuzluq bir yanım çapar.
Yanlğan uçar, toz qopar,
Görərsən ki, qalan yoxdu.
Nigan dərde gətirən,
Cəsədin qəbıə yetiıən,
Koroğlu namın götüıən,
Yurdunda son olan yoxdu.