Yoxdu (Muxayıl Göyçəli)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Yoxdu (14 oktyabr 1942)
Müəllif: Muxayıl Göyçəli

Dərdim artıb bir dəryadı,
Dərdlərimi bilən yoxdu.
Qan ağlayır iki gözüm,
Eynim yaşın silən yoxdu.

Dərdimə dəva gəlmədi,
Şad olub üzüm gülmədi.
Qırıldı cavan qalmadı,
Bir köməyə gələn yoxdu.

Muxayılam, al canımı,
Kəsginən qovğa-qalımı.
Çək qılıncı, tök qanımı,
Qanım səndən alan yoxdu.

Mənbə

redaktə