Yoxdu (Varxiyanlı Aşıq Məhəmməd)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Yoxdu
Müəllif: Varxiyanlı Aşıq Məhəmməd
Mənbə: Qara Namazov, "El çələngi" (xalq şeirindən seçmələr), Bakı, 2004.

Qürbət eldə düşdüm xəstə,
Yerim silkib salam yoxdu.
Hər tərəfə qəflə işlər,
Bu bərbada gələn yoxdu.

Xalları var hindi-hindi,
Yar, başına dönüm indi,
Səni sevdim aləm bildi,
Bu sözümdə yalan yoxdu.

Gəl bir Məhəmmədi dindir,
Suçunu boynuma mindir,
Öldürürsən, özün öldür,
Qanım səndən alan yoxdu.