Yoxdur aləmdə o şuxi-məhi-tabanə əvəz
Yoxdur aləmdə o şuxi-məhi-tabanə əvəz Müəllif: Mir Mehdi Xəzani |
Mənbə: Tərtib edəni: Zaman Əsgərli. "XIX əsr Azərbaycan şeiri antologiyası" (PDF). Milli Kitabxana (az.). "Şərq-Qərb". 2005. 2016-03-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-13. |
Yoxdur aləmdə o şuxi-məhi-tabanə əvəz,
Səri-kuyidir onun rovzeyi-rizvana əvəz.
Can əgər cıxsa olur ki, ola movcud əvəzi,
Leyk movcud deyil dəhrdə canana əvəz.
Cox pərişandı konul zulfi-pərişanın ucun,
Bu pərişanlığı qoydum o pərişana əvəz.
İstəməm mushəfi-ruxsarına qarşı ayət,
Tutaram ol xəti-ruxsarını Qurana əvəz.
Dilu dildarımı gər dust tutam mən etmin,
Yoxdur aləmdə, nedim, bu evi virana əvəz.
Bu Xəzani qəmi-hicran ilə yanmış, ya rəb,
Tut bu yanmağı sən ol atəşi-neyrana əvəz.