Yoxdur bir şey dünyada nadir olsun vəfadan

Yoxdur bir şey dünyada nadir olsun vəfadan
Müəllif: Xaqani Şirvani
Tərcümə edən: Maarif Soltan
Mənbə: Xaqani Şirvani. Seçilmiş əsərləri. Bakı, "Lider nəşriyyat", 2004.

Yoxdur bir şey dünyada nadir olsun vəfadan,
Əhl adamın vücudu az olub kimiyadan.
Simurğ kimi, aləmdə dostun ancaq adı var,
Yox, Simurğ tez tapılar sədaqətli aşnadan.