Yoxsul
Müəllif: Həsənəli xan Qaradaği
mənzum hekayə.
Mənbə: XIX əsr Azərbaycan şeiri antologiyası, Bakı, "Şərq-Qərb", 2005.

Bir yoxsul, bir zaman gedib hamama,
Soyunub, əl atıb çanağa, caına,
Doldurub çanağı, başma töküb,
Elə ki, canını isladıb, çöküb,
Söyləyib dəlləyə: "Mənə çək kisə,
Amma pulum yoxdur, qalsın nisiyə".
Dəllək gəlib fıtələrdən götürüb,
Bir tərəfdə yer qayırıb, oturub,
Yoxsulu uzadıb, kisəni çəkib,
Sürtübdür bədənin çirkini töküb.
Deyibdir: " İndi də qaldır özünü
Qalmasın, qoy sürtüm dəxi üzünü".
Yoxsul deyib: "Ta kafıdir, çox yaşa!
Qara üzüm sən ağartma, çıx başa.
Ağ günə aləmdə bais paradır,
Əlim boşdur, mənim üzüm qaradır".
Üz ağlığı, Qarabaği, paraymış,
Yoxsul üzü ağ olsa da, qaraymış.