Yunus kişinin rəvayəti
Rəvayətlər. Yunus kişinin rəvayəti Müəllif: Şifahi xalq ədəbiyyatı |
Aralıq Cicimli kəndindən Yunus kişi danışırdı ki, Cinnicə dərəsiylə gedirdim. Gecəydi. Gördüm gəlinimiz ordadı. Bir məcməyi aşı tutub mənim qabağıma ki, ye. Əlimi palçığa batırıb, vurdum gəlinin kürəyinə. “Bismillah” dedim. Gördüm gəlin yoxa çıxdı. Evə gəldim, gördüm gəlinin kürəyində, paltarında ləkə var.