Zülfün girehləri, sənəma, həlqə-həlqə tab
Zülfün girehləri, sənəma, həlqə-həlqə tab Müəllif: İmadəddin Nəsimi |
Zülfün girehləri, sənəma, həlqə-həlqə tab,
Hüsnün qatında zərrəcə yox nırxi-afitab.
Dərgahınızda qoyma rəqibi-münafiqi,
Zira ki, Kə’bənin hərəmi istəməz kilab.
Abi-rəvanü səbzəvü məhbubi-məhliqa
Busi-kənarü yari-qəzəlxan ilə kitab.
Xoşdur, əgərçi cümləsi bir yerdə cəm ola,
Avazi-çəngü nəğməvü tənbur ilən rübab.
Saqi, gətir bu məclis içində qədəh yürüt,
Sığmaz hədisü tövbəvü təqva, gətir şərab.
Nari-qəmində bağrımı büryan bişirmişəm,
Bildim yəqin ki, nərgisi-məstin dilər kəbab.
Bülbül kimi Nəsimi dilər ki, fəğan edə,
Gül söhbətinə yaramiyə naleyi-ğürab.