Zülfün kimi qaraldı könül dudi-ah ilә

Zülfün kimi qaraldı könül dudi-ah ilә
Müəllif: Bahar Şirvani


Zülfün kimi qaraldı könül dudi-ah ilә,
Eşqindә iddia edәrәm bu güvah ilә.

Netsin o tari-zülfünә bu qan olan könül,
Mümkünmüdür bacarmaq o zülfi-siyah ilә?!

Hәr guşәsindә gözlәrinin min bәla yatıb,
Necә can almasın belә göz bir nigah ilә?

Lütf ilә yığdı süni-qәza hüsni-ruyinә,
Necә ki, bağban gülü bağlar giyah ilә.

Müjgan sәfini sinәmә çәkmәk rәva deyil,
Gәlmәk xәrabә mülkә nә lazım sipah ilә?!

Fikri hәmişә qanını tökmәkdir aşiqin,
Muxtardır, nә etmәk olur padişah ilә!

Meyxanәyә Bahar girib "ya sәnәm" deyir,
Zahid girәndә Kәbәyә yüz "la ilah" ilә.