Zümzümati-təhəssürat, yaxud qarışıq xəyallar

Zümzümati-təhəssürat, yaxud qarışıq xəyallar
Müəllif: Məhəmməd Hadi
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08.

Fikrim yaşayır məniyi-ranalər içində,
Ruhum uçuyor cənnəti-ülyalər içinde.
“Lal ol, demə, qanma, gözünü kur elə” derlər,
Gözlü nasıl ömr eyləsin əmalər içində?!
Mən bir əsəram, anlamadım kimdi müəssir,
Bir şeri-bəliğəm bu müəmmalər içində.
Girsinmi tənimlə bühəqaiq də məzara,
Kəşf eyləyəyimmi bu həyulalər içində?
Xaki-siyehi parladacaq nuri-xəyahm,
, Qalmış vetənim leyleyi-zülmalər içində.
Zenn eyləmə şəbtab şu məxluqi-müziyyi,
Parlar gecələr nur kimi səhralar içində.
Azadələrin ruhi-münəwərləridir kim, —
Şol cism ilə parlar şəbi-yeldalər içində.
Nifrət edərik canlı gəzən bu həşəratə,
İmrari-həyat etmədə tənhalar içində.
Hürrijyəti-vicdan ki, deyirlər adı vardır,
01 huri dərağuş ki, elə röyalar içində,
Ərz etmədədir kəndini ifriteyi-övham,
Dildari-həqiqət hələ xülyalər içində.
Sərbəst bu gün zülmünü icradə məzalim,
Ərbabi-edalət hanı? Mənfalər içində!
Övladi-zəman fikricə məhdud bu gündə,
Mən istəyən əhbab isə fərdalar içində!
Təşrih edirəm dillərini çox rüfəqamın,
Bir əhli-səfa yox bu əhibbalər içində.
Mən bir diriyəm, etdi məni dəfn təsadüf
— Zində görünən bir sürü mövtalar içində!
Bilməm ki, nolurdu məni-bədbəxt doğulaydım
Mehdi-mədəniyyətdəki danalər içində.
Hər kəs sanıyor kəndini pərvərdeyi-daniş,
Ləzzətli ədeb yox bu mürəbbalər içində.
Turşdur, deyeməz hiç kəs ayranma, əmma
Dadsa, der acı şəhdi-müseffalər içində.
İkmali-kemal etmədə əqvam, biz, əfsus,
Təzyi ediriz ömrü elifbalar içində.
Fitratmi, bəşərmi törədir cəngü cidali?
Dünya yaşayır herb ile qövğalər içində.
Meydani-vəqa səhni-püraşubi-təbiet,
Ərbabi-zəfər taqi-müəllalər içində.
Dərdəst edib amalını ərbabi-həqiqət,
Zahid, yaşa övham ilə xülyalər içində!
Ey qəlbiqara, sən oxu əlfazü səvadi,
Nur əhli bu gün lübb ilə mənalər içində.
İmzasmı qoymuş miləl övraqi-həyatə,
Yox millətimin xətti bu imzalər içində!
“Qumu...” səsi iyqaz edir əbnayi-cəhani,
Millət hələ xabidə bu zövzalər içində.
Bir nəcm deyildirmi cahani-bəşəriyyət
— Bunca kürəviyyat ilə dünyalər içində?
Bir zərrə deyildirmi bu səyyareyi-aləm
— Şu cəwi-vələhzadəki şəmsalər içində?
Milyonla kəvakib gəzir emaqi-fəzadə,
Milyard cahan var bu müsəmmalər içində.
Xilqət doğuyor, leyk durur hüsn əzəldə,
Varmı belə bir xariqə hüsnalər içində?
Ey madəri-aləm, bu nə heyrətli sərair,
Sən şadmısan bir belə hüblalər içində?
Aya, nədir ol cazibeyi-hüsnü məlahət,
Qaynar, daşıyor dideyi-şəhlalər içində?
Şol yar, qucağında yaşar zövqü səfanm,
Könlüm yanıyor eşq ilə sevdalər içində!
Zülm eyləmədən xoşlanıyorsanmı, ey afət?
Yox sən kimi qəddar dilaralər içində.
İç, iç nə qədər istərisən qanımı, zalim,
Bir gün görərəm qanını səhbalər içində!
Gülçöhrələrin ləbləri, rüxsandır ol kim,
— Şimdi içilir, sağəri-minalər içində.
Məhzun təbəssümlər edir nərgizi-məxmur,
Cəzzab nigəhlərdir o məralər içində.
Qəbrimdə açan gülləri seyr et, a şükufəm!
Könlüm dağıdır laleyi-həmralar içində.
Qəlbimdən uçar qəlbinə bir buyi-təhəssür,
Etmə məni məhcub şu mövtalər içində.
Bir fatiheyi-nazini fırlat da, güzar et,
Ehya elə, ruhum, məni həmtalər içində.
Vardır şu yatan kimsələrin fatihəxani,
Mən kimsəsizəm xaki-siyəhzalər içində.