Zakirə məktub
Müəllif: Mirzə Fətəli Axundzadə
Mənbə: Anar (1999). Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab. (az). Bakı: "Azərbaycan". 2017-07-08 tarixində arxivləşdirilib. 2017-07-08 tarixində istifadə olunub.

Qasım bəy, eşitdim yaxın olubsan,
Xan qızına, axır nədir bu rəftar?
Edibsən xublan yüz yol imtəhan,
Eylərsən onlara yenə etibar?

Yeyib otağında şamü nəhann,
Kesdiribsən yasdığmın kənann,
Eşidirsen şirin-şirin göftann,
Kişi, senin, vallah, əcəb işin var!

Dediyin qafıyə ona xoş gəlib,
Qaçan bəxtin indi sənə tuş gəlib,
Sövdalı başına təzə huş gəlib,
Teəccüb eylərəm büsyar, büsyar!

Seni perivəşler salıb bu halə,
Döndəriblər elif qəddini dalə;
Çəkərdin onlardan həmişə nalə,
Nedir yenə dildə əzbər olub yar?!

Xan qızı mehvəşdir, bilir el, alem,
Məhvəşlər atəşdir, bizik əqli kəm;
Yüz il xidmət edə oda bir adəm,
Yenə düşən dəmdə ona, bil, yanar.

Xudadan isterəm versin muradın,
Yamanlığa hərgiz çəkmərəm adın,
Yolunda zehmətin, rənci-ziyadın,
Mən çekdim, o etdi meni şərmsar.

Özgə cefalanm dursun kenarə,
Nə lazım hər birin salmaq şümarə.
Xeyir işinə onun men o diyarə,
Şadü xürrem getdim, qayıtdım bəs xar.

O qafiyən menəçox etdi əsər,
Qalmadı könlümdə ondan bir kədər.
Növcəvandır, təkdir, iyzədi-davər,
Eyləsin ömründən onu kamkar!

Revadırmı çəkə bixurdü bixab,
Bəstəri-möhnətdə bu qədər əzab?!
Duayi-xeyrinə eyləyin şitab,
Siz də mənim kimi hər leylü nahar.

Belə pəriruyin, heç səni tan,
Rəvadırmı qəmdən sola üzan?
Həm xələfdən xali ola kənan?
Olsun ona mövlam yavərü qəmxar!

Mənim də var gərçi bir az günahım,
Sən get hüzuruna ol üzrxahım,
Söylə ki, ey şahım, ey qibləgahım,
İncimə, gər etdim şikayət izhar!