Zakirin Qəzəli
Təzkireyi-Nəvvab Müəllif: Mir Möhsün Nəvvab Tərcüməçilər: Nəsrəddin Qarayev, Əkrəm Bağırov |
Mənbə: Nəvvab, Mir Möhsün. Təzkireyi-Nəvvab (PDF). Bakı: Elm. 2018. |
Sənə hər mətləbi məxfi dedim, ey gül, əyan tutdun,
Rəqibi-ziştkarın aşikar eybin nihan tutdun.
Oğurlar dövri-ruyində səfı-zülfün ərəq nəqdin,
Nə pakizə əmin tapdın, nə yaşxı pasiban tutdun.
Keçirdin bitəkəllüm şanədən geysuyi-pürpiçi,
Sənə ənam lazımdır ki, əfsunsuz ilan tutdun.
Kilidi-məxzəni-hüsnü sipahi-cənnə tapşırdın,
Hər iş ki, tutdun aləmdə, elə biimtahan tutdun.
Danışdın qaşü-göz ilə hər yetən naəhlilə, zalım,
Şikəstə Zakiri gördükdə ox çəkdin, kəman tutdun.