Ziyarat
Müəllif: Çorlu Məhəmməd
Mənbə: "Qərbi Azərbaycan aşıqları" (poeziya antologiyası). Azərbaycan Aşıqlar Birliyi. Bakı, "Zərdabi nəşr" MMC, 2023. ISBN 978-9952-571-42-4

Son gəlişdi, gəldim sənə dolandım, öpdüm daşını,
Ellərimin ümid yeri,şöhrəti-şanı Ziyarat.
Saf suyundan içən bilər bu dünyanın səfasını,
Ağbabanın, həm Çıldırın varlığı, canı Ziyarat.

KaloğlanlaAşdıbaba sağında-solunda durur,
Sarp qaya tək zirvədəsən,üzündə-gözündə durur.
Əski türkün tarixisən, ürəyim sevinclə vurur,
Gül-çiçəyin dəniz kimi, yaşıl dörd yanı,Ziyarat.

Məhəmmədəm, özüm kimi Tanrı qulu görməmişəm,
Sənin kimi cah-calallı, qoynu dolu görməmişəm.
Bu yerlərdə səndən uca, səndən ulu görməmişəm,
Bizim bu qəlbi dağların sultanı-xanı Ziyarat.