Zur etdi dəhr möhnəti canə yavaş-yavaş
Zur etdi dəhr möhnəti canə yavaş-yavaş Müəllif: Qasım bəy Zakir |
Qasım bəy Zakir. Seçilmiş əsərləri. Bakı, "Yazıçı", 1984, 254 səh. |
Zur etdi dəhr möhnəti canə yavaş-yavaş,
Cism oldu tiri-çərxə nişan yavaş-yava.
Kibrü Şürurdən, - dedi, - en, Əvvəl enmədim,
Dediyin etdi dövri-zəmanə yavaş-yavaş.
Qovğa günü bəgənməz idim Hərbi-Rüstəmi,
Zali-fələk gətirdi əmanə yavaş-yavaş.
Xoş gəlməz indi səmimə, bilməm səbəb nədir,
Avazi-nayü cəngü təranə, yavaş-yavaş.
Eyşü nişatdən soyuyub meylü xatirim,
Olmuş füzun ahü fəğanə yavaş-yavaş.
Diş düşdü, ağzım oldu uçuq xanədən betər,
Dağıldı dürri-gəncü xəzanə yavaş-yavaş.
Hər qanda bir məh olsa mana mehriban idi,
Mehr etməz indi sahibi-xanə yavaş-yavaş.
Tutub üzümə gedər idim dust kuyinə
Bir töhfə əldə olsa bəhanə, yavaş-yavaş.
Zakir, kəs iltifatını bu dəhri-fanidən,
Təslim eylə cani cananə yavaş-yavaş.