"Əkinçi", 18 dekabr 1875, №11/Əkin və ziraət xəbərləri

Daxiliyyə "Əkinçi", 18 dekabr 1875, №11
Müəllif: Nəcəf Vəzirzadə
Məktubat

Bizim Petrovski akademiya bir böyük məktəbxanadır ki, əkin və ziraət, maldarlıq və meşə saxlayıb becərmək elmlərin təlim edir. Akademiyanın öz yerində meşələri, əkin yerləri və malları var ki, oxuyanlar elmləri oxumaqdan savayı özləri əkin əkib, meşə saxlayıb, maldarlıq etsinlər.

Bu səfər bizim mallar saxlanmaqdan danışaq: Akademiyanın 200 baş malı var ki, bu halda qış olduğuna onları tövlədə saxlayıblar. Tövlə bir mərtəbə daş evdir, onun ortasında uzunlamasına iki cərgə axurlar qayrılıb və axurların arasında dəmiryolu qayrılıb ki, bir fəhlə əlində ərradə, o yol ilə gedib-gələ bilsin. Tövlənin axur olan yerləri, yəni ortası hündür, amma divarların yanı bir az alçaqdır ki, malların nəcisi və sidiyi axıb oraya getsin.

Hər bir malın öz yeri və axuru var, onları zəncir ilə üz-üzə bağlayıb, 8 ay ki bizim qışdır, saxlayırlar. Bir fəhlə əlində ərradə axurların arası ilə gedib hər gündə 5 dəfə mallara yem verir: sübh saəti-rusi həştdə, onda və on birdə, günortadan sonra saat dörddə və altının yarısındə. Əvvəl dəfə quru ot ya saman, ikinci dəfə su buğunda saxlanmış yem.

Bu yemi belə qayırırlar: kələm və zələx yarpaqlarını bir böyük qazana qatqat yığıb üstə maşın ilə doğranmış zələx, yerkökü töküb onun üstə kəpək töküb qazanı doldurub üstə bir az duz səpib ağzını bərkidirlər. Sonra bir qeyri qazanda su qaynadıb onun buğunu novça ilə əvvəlinci qazana aparıb, o buğun içində yemi bir gecə saxlayıb sübh saat onda mallara verirlər. Üçüncü dəfə genə ot ya saman, dördüncü dəfə genə su buğunda saxlanmış yem, beşinci dəfə genə ot ya saman. Bəzi vaxtda saat on ikidə mallara turş yem verirlər. Turş yemi belə qayırırlar: kələm və zələx yarpaqların hər birin bir əlahiddə quyuda turşudurlar, quyunun uzunu iki sajm, eni və dərinliyi bir sajmdır. Onun dibini və yanlarını taxta ilə tutublar ki, yağış suyu ona dolmasın və yarpaqların suyu oradan çıxmasın. Hər bir ərradə yarpağa bir girvənkə duz səpib quyunu doldurub üstün torpaqlayırlar. Belə saxlanmış yarpaqları iyirmi gündən sonra mallara vermək olur.

Malları iki dəfə suluyurlar: bir sübh saat səkkizdə və bir də günorta saat üçdə. Hər səfər qaynanmış və kəpəyə qarışmış su verirlər. Malları hər gündə iki dəfə çotka və qaşov ilə təmiz edib, iki dəfə də onların altının otlarını dəyişdirirlər.

Bir gündəlik yemək qədəri Quru ot Kəpək Saman Zələx və kələm Arpa
bir inəyə girvənkə
bir öküzə girvənkə
bir danaya girvənkə
25
23
18
4
2,5
2
8
6
2
30
10
-
-
-
4

Moskva şəhərində noyabrın 7-də

Nəcəf Vəzirzadə