"Əkinçi", 30 yanvar 1876, №2/Əkin və ziraət xəbərləri

Daxiliyyə "Əkinçi", 30 yanvar 1876, №2

Məktubat

Kotan üç qism olur: diyircəkli, dayaqlı və diyircəkli. Diyircəksiz kotan yüngül olduğuna ona daş ya kəsək rast gələndə onu düzəltmək asandır. Ona binaən onilə daşlı yeri şuxm etmək yaxşıdır və bir də onu əkin yerin dərin şuxm etməkdən ötrü işlədirlər ki, yüngül olduğuna az mal ilə də işlədmək olur. Ona bir ya iki cüt öküz qoşurlar. Onun cızıqları düz olmadığına şuxmu təmiz olmaz.

Dayaqlı kotanın qırının altında bir ucu yastıq dayaq ya bir diyircək olur. Ona binaən onu düz saxlamaq çətin deyil, onun cızıqları düz və şuxmu təmiz olur və əgər lazım olsa, onun dayağını çıxarıb diyircəksiz kotan yerinə işlədmək olur. Ona 2 ya 3 cift öküz bəsdir.

Diyircəkli kotanın iki diyircəyi olur ki, onların üstə qınn başı dayanıb onların üstün basıb kotanı ağır edir. Ona 3 ya 4 cift öküz qoşurlar, amma o ağır olduğuna onu düz saxlamaq asandır, hətta əkinçi əldən qoyanda da çökürülməz. Ona binaən onun cızıqları düz və şuxmu təmiz olur. Çünki dərin şuxm etmək ötrü gərək qınn başını aşağı salasan və onu aşağı çəkdikcən diyircəklərin üstün bərk basıb kotanı ağır edir, ona binaən diyircəkli kotanla dərin şuxm etmək çətindir. Bu kotanın şuxm tərəfdə olan diyircəyi şuxmun içilə getdiyinə gərək o biri diyircəkdən böyük olsun, amma bəzi vaxtda onların hər birinə qeyri ox qayırıblar ki, onların hərəsini əlahiddə qalxızmaq və aşağı salmaq olsun.

Bəzi yerlərdə onun kiçik diyircəyinin yerinə bir ucu yastı dayaq ya yanın diyircək qayırırlar. Bizim kotanın qınnın ucu qalxaq olduğuna onu diyircəklərin üstə irəli və geri çəkmək ilə dərin ya dayaz şuxm edirlər. Amma qeyri yerlərdə qırın ucuna bir dik dəmir möhkəm ediblər ki, onun üstəki halqasına malları qoşanda dərin və aşağıdakı halqasına qoşanda dayaz şuxm edir. Məzkur kotanları hər vilayətdə bir qeyri cürə qayırırlar. Xülasə, dünyada kotan çoxdur, amma bizimkindən yamanı heç olmaz. Onun hər bir hissəsi yaman olduğuna 8 cift öküz ilə işlədirik və onilə belə yeri narın edib çökürə bilmirik. Ona binaən bizim tavanası olan əkinçilər yaxşı elərdilər ki, Moskva karxanalarından əla kotanlardan gətirdib işlədəydilər. Onların qiyməti 30-100 manat olur. Ol vaxtda bəlkə onları görüb özgələr də onlardan alsınlar.

İndi elm sahibləri səy edirlər ki, kotanı su buğu ilə işləyən maşın ilə işlədsinlər və belə maşınlar qayırıblar ki, bir tağar yeri bir saatda şuxm edir. Amma onların qiyməti çoxdur və onları ancaq düzlənmiş yerdə işlədmək olur.