"Əkinçi", 30 yanvar 1876, №2/Məktubat
←Əkin və ziraət xəbərləri | "Əkinçi", 30 yanvar 1876, №2 |
Təzə xəbərlər→ |
Çün əql müdəbbiri-əf al və mürəbbiyi-kəmaldır, genə əqlə gələk. Çün tü darəm həmə darəm, əgərəm hiç nə başəd[1]. Əgər əql olsa hamı zad olar, əql olmasa heç bir zad olmaz. Əsli-əf al xeyrin amilidir, vəli asand deyil, çox zəhmət və riyazətlər çəkib işləri bu məqama yetiriblər və genə zəhmət çəkib artırmaqdadırlar. İki qism şəxsə aqil deyərlər: biri ki, riyazət çəkib bir elm ixtira edə və biri ki, onu görəndən sonra təhsil edib öyrənə. Bunlara alim və mütəəllim deyirlər və illa həməc məhsub olunur, amma əqlin cəvahiratı zülmati-cəhalətdə itib və hər kəsin bir rizə daş əlinə gəlib ki, onu cəvahir xəyal edər. Belə ki, şair deyib:
Gər əz bəsiti-zəmin əql münədəm gərdəd
Kəsi bexud nəbərəd in güman ki, nadanəst[2].
Bu xəyal ilə o kəslər ki, əllərində cəvahir var, onlarla bietinalıq edib, sözlərini guşi-istimaə almazlar, təfavüt odur ki, aqil-cahili tanıyıb aqilanə sözləri ona deyir və cahil qüruri-cəhalət səbəbilə eşitməyəndə aqilin ona ürəyi yanar, amma aqilanə sözlər cahilin istedadı o məraitibə olmamaq səbəbilə onun təbiətinə çətin və idrakına uzaq gəlir və o sözlərdən onun təbiəti incidib ürəyi büğz bağlayıb qəti-nəzər bietinalıqdan savayı biehtiramlıq və bəlkə qəsdi-həlak edər. Pəs lazımdır təfəkkür, təəqqül çırağını ələ alıb insaf gözü ilə baxmaq ki, aya ülumimütəkəssirənin cəvahirləri ki, əqlin nişanələrindəndirlər, əldə bir zad var ki, əql hesab etmək olsun, ya cəhalətin susuzluğu həvayi-nəfsin şurəzarını saf su göstərir? Necə ki, əql bir şəcəreyi-teyyibədir ki, yaxşı əməllər onun nişanəsidir, həmçinin cəhl də bir şəcəri-xəbisədir ki, yaman əməllər onun nişanəsidir. Gərək təhsili-elm ilə nuri-əqli tapıb yaxşı-yamana təfavüt qoymaq. Və illa yaxşı yaman yerinə və yaman yaxşı yerinə istemal olur. Cəhalət bir atəşi-suzandır ki, şəxs öz cəhalətinin oduna yanar və onu da anlamaz ya əyyuhəl-ləzinə amənuqu ənfusəkum və əhlikum narən[3]. Necə ki, insana lazımdır özün və əhlin elmi-din və məad ilə atəşiduzəxdən saxlasın, həmçinin gərək tərbiyəti-ülum ilə özün və əhlin cəhalət odundan hifz etsin. Tərbiyət mövqufdur zəhmət və riyazətə və xidməti-ərbabiüluma və afaqi-ənfəsə baxıb nik və bəd əf alda təfəkkür və təəqqül eləməyə. Əz hər çe tələb küni şəbü ruz piş əzhəmə nikbuyi beyamuz[4]. Çün yaxşı olmağın əvvəldə zəhməti və çətinliyi var, amma yamanlıq hər bir vaxtda mövcuddur. Hamı kəs yaxşı olmaq istəyir, amma onun çətinliyi səbəbindən qaçıb yamanlıq çölündə sərgərdan qalır və hər şey üçün bir vaxt var, gərək o vaxta onu əmələ gətirmək, ta fayda versin, insanı da tüfuliyyətdə gərək atası və böyüyü hirfətə və tərbiyətə qoysun ki, dəmir soyuyandan sonra çəkic ona kar edib əsbab qayrılmaz. Vəsfitərbiyətin baqisi və əl-əql ma əbədəhu bihürrəhman[5] gələn fəslə qaldı.
- * *
Quba şəhərinin əhllərinin boyağının tənəzzülü cəhətindən işi məlumdur ki, nə qədər evlər xarab olub. Hansı ki, bu zərərin ġamaxının zəlzələsinə və ya Ġranın keçmiş qəhətliyinə nisbəti var. Quba əhlləri hər kəs öz qüvvəsinə görə 100000 ya 50000 manat xərc edib boyaq əkmişdi, indi nə haman külli məbləğdən əl çəkib buraxmağa taqətləri olmuyub və nə mülahizə edib saxlamağa istitaələri qalmayıb, mütəhəyyir və sərgərdan qaldıqları halda cənab bari-təalanın mərhəmətindən onlara cənab Kazlyakovski kimi adil hakim Quba şəhərinə uyezdni naçalnik təyin olunub. Ol cənabın ədalətindən bir-iki fəqərə ərz edim. 1) Quba əhlinin vəziövzamı mülahizə edib və çox şəxslərin yövmiyyə xərcinə məəttəl qalmağın mənzur tutub öz məvacibindən və qeyri mütəməvvil şəxslərdən bir qədər məbləğ cəm edib bisaman olan füqəralara təqsim buyurub. 2) Zikr olan məbləğdən baş pulunu verməyə qadir olmayanların yerinə padşahlıq xərcini verib. 3) Qurban bayramının günü məhbusların haləti-təzəllümdə olmağın mənzur tutub onlara bir neçə kəllə qənd ənam edib.
Sultanov
- * *
Bizim Quba şəhərində erməni camaatı güzəranlıq babında lazım olan ümuru müyəssər olduqcan tədarük edib öz ovqatlarını bu az olan ömrünün zindəganlığına sərf edib öz füqəra və məsakinlərinə kömək edib, elm və ədəb təhsil etməyə səy edirlər ki, sair millətlərə gülüş olmasınlar. Quba uyezdinin Gilvar qəryəsində bir uşqola, yəni məktəbxana bina edib bir nəfər müəllim məvacib ilə tutublar ki, öz əhlinin uşaqlarına erməni və rus dillərilə tərbiyət verilsin ki, onlar müsəlmanlar içində olduqlarına öz dilini dəxi yaxşı bilmirlər. Bu qeyrət onlara üz verib qaytanlı dəftər hazır edib məbləğ cəm edirlər, əvvələn, zikr olan məktəbxana üçün güzəran olsun, saniyən, həmin qəryədə kəlisa təmir olunsun və əlavə bərin artıq pul fərahəm etmək üçün dekabr ayının 26-cı gecəsində və yanvar ayının əvvəlində erməni teatrı bina edib məbaliğ pulu cəm etdilər. Amma bizim müsəlmanlar nə ki, elm və ədəb dalınca olmurlar, hətta onların miyanında məhəbbət, qardaşlıq rəsmi olmadığına öz fəqir-füqəralarına da kömək etmirlər ki, cənab uyezdni naçalnik Kazlyakovski yövmiyə xərcinə məəttəl olan müsəlmanları acından həlak olmaqdan mühafizət etməkdən ötrü pul cəm edib onlara təqsim edir.
Qeydlər
redaktə- ↑ Mənim heç nəyim olmasa da, sən varmısansa, her şəyim var.
- ↑ Əgər yer üzündən ağıl yox olarsa,
Heç kəs özünün ağılsız olmasını güman etməz. - ↑ Ey möminlər, özünüzü və ailənizi oddan qoruyun.
- ↑ Gecə-gündüz hər nəyə nail olmaq istəsən, hər şeydən əvvəl yaxşı ad qazanmağı öyrən.
- ↑ Allah hər şeyi ağılla görür.