Ürəyimdə (Aşıq Qurbani)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Ürəyimdə
Müəllif: Aşıq Qurbani
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Bümürvətin, biinsafın balası,
Mən səni sevmişəm sağ ürəyimdə.
Qıya baxdm, ortalığa qan tökdün,
Qara nöqtə qoydun ağ ürəyimdə.

Məhəbbət bir dərya keçə bilmirəm,
Ayrılıq şərbətin içə bilmirəm,
Sirr sözüm yadlara aça bilmirəm,
Gedər qiyamətə dağ ürəyimdə.

Qurbani çıxmayıb qəm libasından,
Göz doymaz gözlərin təmənnasmdan,
Cəhənnəm xofundan, eşq havasmdan,
Əridi, qalmadı yağ ürəyimdə.