İşrətü eyş olanın yar ilə karı, barı

İşrətü eyş olanın yar ilə karı, barı
Müəllif: Nizami Gəncəvi

İşrətü eyş olanın yar ilə karı, barı,
Nədir ol dünyada namus ilə arı, barı!

Eşqə səbr etmiyənə çarə səfərdir, dedilər,
Tərk edəlim yenə bu darü diyarı, barı!

Gözümüz vüsl günün görməzsə görməsin,
Görməz olaydı əğyar ilə yarı, barı!

Bağ ilə dar tapınsız çün olur bağ ilə dar,
Mən tapınsız nə edərəm, bağ ilə darı, barı!

İrdi çün səhni-fələk övcuna fəryadü fəğan,
Niçün irişmədi ol yarə bu zari, barı!

Neyləsin eşidib əfqanını bu xəstə dilin,
Bir güli-tər ki, hezar oldu hezarı, barı!

Sanma, cəhd ilə, Nizami, bulasan yara vüsal,
Ayə kim gördü ki, irişdi qubarı, barı!