İmiş (Aşıq Şenlik)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
İmiş
Müəllif: Aşıq Şenlik
Mənbə: Qəşəm Vəliyev. "Çıldırlı Aşıq Şenlik" (PDF). Azərnəşr (az.). achiqkitab.az. 2012. İstifadə tarixi: 2017-02-14.

Cibgirləri var ki, gözdən qıl qapar,
Hər biri bir yandan ölkəni çapar,
İynəynən axtarar, qapını tapar,
İblisdən oyunbaz, hiyləgər imiş.

Yoxsul imran olsa bunlar inanmaz,
Öz eyiblərini özləri qanmaz,
Biri yeyər, biri baxar, utanmaz,
Qəlbləri çox qara, gözü dar imiş...

%25 tamamlandı