Elsevər Əhliqürbət qəzəllər.

Sevirəm mən səni dilbər, gözümün qarəsitək,


Ola bilməz mühüm iş, dərdimizin çarəsitək.

Gəl ataq dərdi-səri qisməti ismətdən alıb,

Qovuşaq göz yumub aləmlərə, bir parəsitək.

Səni seçdim bu gözəlliklərə nisbət, çünki,

Göyün ulduzları çoxdur, fəqət, ayparəsi tək.

Ləngidib vəsləti biz, vəqti vəda etməyəlim,

Dövlətin bir sıra həp ləngidən iydarəsitək.

Rəsmidir, aləm ara, Leylilərin aşiqi çox,

Nə rəvadır gəzə Məcnun kimi avarəsi tək?!

Nə məni tut, nə birin sev ki, əzabım bitsin,

Yoxdur, ey dərdə dəva, yarə ürək yarəsitək.

Sevməyən hər şeyə rəğmən nə bilir sevgi nədir,

Elsevər, sevgi odur, "müşkülü çox, çarəsi tək."

28.07.2019 il. Elsevər Əhliqürbət.



Elsevər Əhliqürbət muasir qəzəllər


Elsevər Əhliqürbət muasir qəzəllər


Ey eşq, səni kimsə başından ata bilməz.