Xoş gəlmisiniz, Samral!

Salam, Samral, Wikisource virtual-kütləvi kitabxanalarının Azərbaycan dilindəki versiyası -VikiMənbəxoş gəlmisiniz!

Fəaliyyətə başlamazdan əvvəl aşağıdakı qaydalarla tanış olmağınız tövsiyə olunur:

  • Yeni mətn yaratmaq üçün tərəddüd etmə, cəsur ol, vikimənbə hər kəs üçün azad məkandır.
  • VikiMənbənin yazı üslubu sadədir. Bura ədəbiyyat nümunələri (şeir, roman, hekayə və s.), tarixi, hüquqi və s. sənədlərin mətnləri yerləşdirilə bilər.
  • Suallarınıza kömək səhifələrində cavab axtara bilərsiniz. Orada cavab tapmasanız müvafiq müzakirə səhifələrində soruşun.
  • Başqa istifadəçilərdən kömək istəməkdən çəkinməyin, onların müzakirə səhifələrini redaktə edərək suallarınızı əlavə edin.
  • Əsas səhifələr və bunlara köməkçi səhifələrdə (mətnlər, kateqoriyalar, şablonlar v.s.) imzanızı və adınızı yazmayın. Əksinə, müzakirə, səsvermə, sual cavab və s. formasında olan yazılarınızın sonuna ~~~~ (4 tilda) işarəsini əlavə edərək və ya imzanızı atmağı unutmayın.
  • Yaratmaq istədiyiniz məqalənin adını aşağıdakı xanaya daxil edin və "Məqalə yarat" düyməsini basın.

Lütfən özünüz haqqında məqalə yaratmayın. Bu cür informasiyanı öz istifadəçi səhifənizdə verə bilərsiniz! --►Safir yüzüklü Ceklimesaj 04:18, 7 avqust 2012 (UTC)Cavabla

Ana Səhifə redaktə

Salam. Vikimənbəyə bir neçə həftə ərzində 120-dən çox məqalə əlavə etmişəm. Amma Ana Səhifədə cəmi 1 mətn sayı artıb. 444 idi olub 445. Bunun səbəbi nədir ?

Samral müzakirə 02:55, 14 iyul 2013 (UTC) Cavabla

Salam. Yerləşdirdiyiniz mətnlərin içərisində daxili keçid olmadığından onlar statistikada əksini tapmır. Uğurlar. --N KOziMüzakirə 06:30, 25 İyul 2013 (UTC)
Yerləşdirdiyim mətnlərin içərisinə daxili keçidi necə əlavə edə bilərəm ?
Samral müzakirə 04:40, 28 iyul 2013 (UTC)Cavabla
Eynilə Vikipediyadakı kimi yerləşdirə bilərsiniz. Bu işarənin [[]] köməyi ilə. --N KOziMüzakirə 06:14, 29 İyul 2013 (UTC)
Daxili keçidi məqalənin hansı hissəsinə yerləşdirim? Axı onlar qəzəldi. Adi sözlərdən ibarətdi. Hansı sözə daxili keçid qoyum?
Samral müzakirə 17:50, 3 avqust 2013 (UTC)Cavabla
Mən də bu dəyişiklik ortaya çıxanda tam anlamamışdım, heç indi də bunun nəyə lazım olduğunu bilmirəm. Daxili keçidi istənilən sözə qoya bilərsiniz. --N KOziMüzakirə 10:11, 6 avqust 2013 (UTC)Cavabla
Məsələ barəsində ətraflı məlumat öyrənmək üçün burabura baxın. Uğurlar. --N KOziMüzakirə 10:16, 6 avqust 2013 (UTC)Cavabla

Neftçi redaktə

"Neftçi"_Peşəkar_Futbol_Klubunun_Nizamnaməsi&action=edit&redlink=1 Əhəmiyyətli mətn necə olur, əhəmiyyətsiz necə olur ? =D --samral müzakirə 20:27, 12 noyabr 2014 (UTC)Cavabla

Bu nə bədii əsərdir, nə tarixi, hüquqi sənəddir, belə mətnləri yerləşdirməyə ehtiyac yoxdur. Onda hər təşkilat öz nizamnaməsini yerləşdirər bura. Düzdür, burda demək olar ki, heç bir prinsip qəbul olunmayıb. Amma bu o demək deyil ki, istənilən mövzuda mətni yerləşdirmək mümkündür.--Emin ismarış 12:37, 13 noyabr 2014 (UTC)Cavabla

Bibliya və Quran redaktə

Salam. Təklif edirəm ki, gəl Bibliyanı bura yerləşdirməyində mən sənə kömək edim, tam yerləşdirək bitirək. Sonra da sən mənə kömək elə eyni qaydada Quranı bura yerləşdirək. Nə deyirsən ?--samral müzakirə 20:29, 12 noyabr 2014 (UTC)Cavabla

Salam. Bibliyanı tam yerləşdirməyi düşünürəm ilin sonuna kimi, sonra vizual dəyişiklər edərik birgə :) Vikimənbədə aktivlik göstərməyin təqdirə layiqdir, alqışlayıram!--Emin ismarış 12:38, 13 noyabr 2014 (UTC)Cavabla

1-ci sualıma cavabı verdin və bildim. Bəs 2-ci sual ?--samral müzakirə 13:27, 13 noyabr 2014 (UTC)Cavabla
Quran (V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi) Vikimənbədə var artıq, başqa tərcüməni də əlavə etmək olar, hər cür yardım göstərməyə hazıram .--Emin ismarış 19:21, 13 noyabr 2014 (UTC)Cavabla

Məsləhət redaktə

Salam Samral bəy. Fəaliyyətinizi alqışlayıram. Xaiş edirəm yaratdığınız səhifələrə kateqoriya əlavə etməyi unutmayın. Məsələn mən sizin yeni yaratdığınız səhifələrdən birində etdim. Ona baxa bilərsiz. Nəhcül-bəlağə (A. Mehdiyev, D. Cəfərli, E. Quliyev tərcüməsi)/36-cı xütbə. --Araz Yaquboglu (talk) 09:12, 30 noyabr 2014 (UTC)Cavabla

Araz Yaquboglu o məqalələrə nəinki kateqoriya çox şey əlavə edəcəm. Hələ ki iş gedir. Diqqətiniz üçün təşəkkür edirəm.--samral müzakirə 21:04, 1 dekabr 2014 (UTC)Cavabla

{{Başlıq | başlıq = Quran. | müəllif = | keçidsiz müəllif = | tərcüməçi = | keçidsiz tərcüməçi = [[Müəllif:Vasim Məmmədəliyev|Vasim Məmmədəliyev]] və [[Müəllif:Ziya Bünyadov|Ziya Bünyadov]] | bölmə = Əl-surəsi | əvvəlki = [[Quran (V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi)/Əl- surəsi|Əl-surəsi]] | növbəti = [[Quran (V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi)/Əl- surəsi|Əl-surəsi]] | il = | qeydlər = | vikipediya_keçidi = surəsi }} [[Kateqoriya:surəsi]] [[Kateqoriya:Quran (V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi)|Əl-surəsi]]

Surə kateqoriyası redaktə

Salam. Bu məsələləri siz yaxşı bilirsiz deyə sizə müraciət etmək qərarına gəldim. Sizcə mən Quranın V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsinə [[Kateqoriya:Quran (V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi) formasında, yoxsa [[Kateqoriya:Quran (V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi)| Hansısa surə]] formasında kateqoriya əlavə etməliyəm ?--samral müzakirə 14:57, 13 aprel 2015 (UTC)Cavabla

Salam Samral bəy. Son günlər bilirsiz ki az-az VikiMənbəyə daxil oluram. Ona görə də Sizin əvvəlki dediklərinizi də yerinə yetirə bilmədim. Son məsələ ilə bağlı deyim ki, [[Kateqoriya:Quran (V.Məmmədəliyev və Z.Bünyadov tərcüməsi)|Hansısa surə]] daha yaxşıdır. Çünki belə olduqda kateqoriya içərisində surəni oxucu daha tez tapa bilir. --Araz Yaquboglu (müzakirə) 18:10, 13 aprel 2015 (UTC)Cavabla

Yunus Əmrə nüsxə redaktə

Salam Araz bəy. Araz bəy Yunus Əmrənin Fateh nüsxəsindən götürülmüş şeirlərini ayrıca başlıq altında verməyə ehtiyac yoxdur. Nüsxələr arasında elə də ciddi fərq olmur. Sadəcə olaraq azərbaycanca nəşrdə bu nüsxə əsas götürülüb. Çünki daha kamildir. Necə ki, Kitabi-Dədə Qorqudda biz Drezden nüsxəsini əsas götürürük. Tay bunu ayrıca başlıq altında qeyd etmirik. Çünki buna ehtiya yoxdur. 1 əsərin 100 nüsxəsi ola bilər. Bunlar heç biri ayrıca başlıq altında qeyd edilmir. Əgər nüsxələr arasında ciddi fərq olsa o zaman fərq hansı hissədədirsə o fəsildən və ya o bölmədən 2 dənə yaradılar və mötərizədə hansının hansı nüsxəyə aid olduğu qeyd edilər. Yunus Əmrədə də həmçinin. Biz gərək bütün nüsxələrə baxaq. Əgər nüsxələr başdan-ayağa yəni bütünlüklə fərqlidirsa o zaman mən sizinlə razıyam. Ayrıca başlıqlar yaradaq. Yox bəzi şeirlər fərqlidirsə o zaman məhz o şeirlərdən 2 dənə yaradıb hansının hansı nüsxədə necə olduğunu qeyd edək. Yox demək olar ki, fərq yoxdursa o zaman sadəcə şeir başlığı kifayət edər. Yunus Əmrənin divanının türkçə nəşrləri ilə bu linklərdən tanış ola bilərsiz.--samral müzakirə 13:03, 11 İyul 2015 (UTC)

Araz bəy ?--samral müzakirə 07:23, 16 avqust 2015 (UTC)Cavabla
Sizin yazdıqlarınızla razıyam. Sadəcə mənim istəyim yüklədiyimiz materialın kitab halında, birindən digər növbətiyə keçmək şərti ilə hazırlanmasıdır. O məqsədlə kitabdakı tərtibata uyğun edirəm. --Araz Yaquboglu (müzakirə) 08:11, 16 avqust 2015 (UTC)Cavabla
Birindən digərinə keçmək o zaman olardı ki bu poema olsun. Məsələn Dastani-Əhməd Həramini dediyiniz şəkildə etmək olar. Amma bu nüsxənin özünəməsxsus ardıcıllığıdır. Digər nüsxələrdə də bu şeirlər ola bilər və başqa ardıcıllıqla. Təkcə Əmrənin yox bir çox şairlərdə bu hal ola bilər. Bu işin ən obyektiv yolu hər bir şeiri, əsəri ayrıca-müstəqil verib vikiqaydalara uyğun məzmun kateqoriyası ilə verməkdir.--samral müzakirə 08:16, 16 avqust 2015 (UTC)Cavabla
Ok. Siz deyən olsun. Bu əslində ümüumi işə təsirsiz bir şeydir. --Araz Yaquboglu (müzakirə) 08:19, 16 avqust 2015 (UTC)Cavabla
Bəli əlbəttə təsirsizdir.--samral müzakirə 08:37, 16 avqust 2015 (UTC)Cavabla

Azərbaycan ədəbiyyatının qaynaqları redaktə

Salam Samral. Bu kitabı şəkillər şəklində vikimənbəyə yükləyə bilərəm ?--Shahrux (müzakirə) 12:53, 25 avqust 2015 (UTC)Cavabla

Aleykum salam. Buradakı məlumatlardan vikipediyada mənbə kimi də istifadə edə bilərsiz. Vikimənbəyə isə ən yaxşısı mən bu kitabı sizin üçün mətn edim, siz yavaş-yavaş yəni hissə-hissə, bölmə-bölmə yükləyin.--samral müzakirə 16:47, 29 avqust 2015 (UTC)Cavabla
Buyurun [1]--samral müzakirə 19:38, 29 avqust 2015 (UTC)Cavabla
Təşəkkürlər. Ancaq mənim facebook adresim yoxdur. Bunu başqa bir yerə yükləyə bilmərsiz?--Shahrux (müzakirə) 09:22, 30 avqust 2015 (UTC)Cavabla
Buyurun.--samral müzakirə 20:08, 31 avqust 2015 (UTC)Cavabla
Təşəkkürlər !--Shahrux (müzakirə) 09:34, 1 sentyabr 2015 (UTC)Cavabla
Dəyməz--samral müzakirə 17:54, 2 sentyabr 2015 (UTC)Cavabla

Bölmə, hissə redaktə

Araz bəy, vikimənbəyə bəzi əsərlər əlavə edirsiz, onlar hissə və ya bölmələrdən ibarətdir. Məsələn, bunun kimi. Bu tip əsərlərin hər hissəsini bu məqalədəki kimi drop (/) işarəsindən istifadə etməklə ayrı-ayrı və alt-alta əlavə edin. Bu zaman həm səliqəli olur, həm də vikimənbədəki məqalə sayı çoxalır.--samral müzakirə 11:28, 24 avqust 2015 (UTC)Cavabla

Məsləhətiniz üçün minnətdaram. Nə vaxtsa edəcəyimi düşünmüşəm bunları edərkən. Amma vaxtınız olarsa bunu aktiv istifadəçi kimi siz də edə bilərsiz. Bu zaman mənə və VikiMənbəyə daha çox kömək etmiş olarsız.--Araz Yaquboglu (müzakirə) 05:03, 26 avqust 2015 (UTC)Cavabla
Vaxtım olsa sevə-sevə.--samral müzakirə 16:34, 29 avqust 2015 (UTC)Cavabla

E-kitab redaktə

Salam Araz bəy. Bir çox kitablar var ki, internetdə onların elektron variantı olsa da içərisindən mətn kopyalamaq olmur. Sizdə bu tip kitablar varsa və içərisindən mətn kopyalayıb vikimənbəyə əlavə etmək istəyirsizsə ya "ABBYY" adlı proqram var onu yükləyin (İstifadəsi çox rahat və sadədir.) ya da mənə göndərin mən sizin üçün münasib formaya salım həmin kitabı.--samral müzakirə 17:58, 2 sentyabr 2015 (UTC)Cavabla

Dediyiniz proqramı yadınızdadırsa bir dəfə mənə demişdiz. O zaman yazdırdım. Pis deyil işləyir. Çox sağ olun. Lazım olarsa yenə də müraciət edərəm sizə. --Araz Yaquboglu (müzakirə) 06:16, 3 sentyabr 2015 (UTC)Cavabla
Hə düzdü. Tamam.--samral müzakirə 19:46, 4 sentyabr 2015 (UTC)Cavabla

Konstitusiya redaktə

Salam. Təklif edirəm ki, konstitusiyamızın ilk qəbul olunmuş halını "Azərbaycan Respublikasının Konstitusiyası (1995)" başlığı ilə bura yerləşdirək. Ondan sonra ki, dəyişikliklər olub. O dəyişiklik illərinə uyğun olaraq da məqalələr yaradaq. İndiki halı da son dəyişiklik ilinin mötərizədə göstərilməsi ilə uyğun olsun. Bilmirsiz digər dillərdə olan vikilərdə necə edirlər ? Ya dəyişikliyi qeyd kimi qeyd edək ? Necə edək ?--samral müzakirə 18:43, 8 noyabr 2015 (UTC)Cavabla

+ Nəzərə alaq ki, bizim 1978-ə qədər də "Azərbaycan SSR Konstitusiyası" adlı konstitusiyalarımız olub.--samral müzakirə 18:46, 8 noyabr 2015 (UTC)Cavabla
Salam, Samral. Gec yazdığım üçün bağışlayın. Maraqlı məsələyə toxunmusunuz. Məncə, konstitusiyanın bütün mətni tamamilə dəyişdirilmədiyi üçün ayrı səhifələrdə yerləşdirməyə ehtiyac yoxdur. Amma elə etmək lazımdır ki, bütün əlavə və dəyişikliklər, nə vaxt edilməsi bilinsin. Bu haqda indi bir fikrim yoxdur.— Bu imzasız yazı Eminn (müzakirəfəaliyyət) tərəfindən əlavə edilmişdir. 15.11.2015 17:04

Həmçinin bax redaktə

Salam. Buradakı Quranla bağlı səhifələr baxıb qaydaya salardız. Əgər doğru deyilsə silək. --Araz Yaquboglu (müzakirə) 10:36, 7 aprel 2017 (UTC)Cavabla

Surələr qala bilər. Buradan dəqiqləşdirə bilərsiz.--samral müzakirə 13:57, 8 aprel 2017 (UTC)Cavabla

Əş-Şura surəsi redaktə

Salam Samral necəsən? Zəhmət olmasa bu səhifəyə göz ata bilərsən? 2-ci ayə yoxdur.--Turkmen müzakirə 22:50, 28 may 2022 (UTC)Cavabla

@Turkmen: araşdıracam.--samral müzakirə 21:30, 30 may 2022 (UTC)Cavabla
Həll etdim.--samral müzakirə 17:21, 4 iyun 2022 (UTC)Cavabla

Nizami redaktə

Salam zehmet olmasa shekil pozun nizami48188.253.236.224 08:05, 24 fevral 2023 (UTC)Cavabla