Şeyxül-islam Molla Əhmədə
Şeyxül-islam Molla Əhmədə Müəllif: Seyid Əzim Şirvani |
Məsnəvi
Şeyxül-islam, ey həya kani-
Ki, sənə yoxdu dəhrdə sani.
Hikmətin əvvəlinci Loğmani,
Ömrün olsutı cahanda tulani!
Dövlətü şövkətin tnüdam olsun!
İzzətin həm ələddovam olsun!
Ey verən şəri-Müstətäyə rəvac,
Əhli-islam lütfuvə möhtac.
Rəmz "əzbün Fəratü milhi-ücac*",
Lütfü qəhrindir, ey nəbimərac.
Qəhr kim, lütfiin ilə müzmərdir,
Bu cəlal ol cəmalə məzhərdir.
Ey riyazi-şəriətin şəcəri,
"Güntü kənzün" hədistnin səməri.
Qülzümi-vəhdətin səmin gühəri,
Rahi-şərin əmirü rahbəri.
İlləti-caiyi-cahan sənsən,
Baisi-xəlqi kiin -fəkan sənsən.
Ey olan əhli-clm mümtazı,
Füzəla fövcünün sərəfrazı.
Elmin Əllaməyə edər nazi,
Fəzlivü görsə fəxr edər Razi.
Sənə jagird Əhmədi-Hənbəl.
Xadimin Şeyxi-Tusdan əfzəl,
Sərvəra, istima qıl halım,
Eyləyim ta ki ərz əhvalım.
İndi düz qırx iki olub salım,
Eləməz bir tərəqqi iqbalım.
Günbəgündən zəlilü xar oluram,
Möhnətü qüssəyə düçar oluram.
Oxudum, elm eylədim hasil,
Oldum aləmdə fazilü karnil-
Ki, olam bir muradə raən vasil,
Məni xar etdi bəxti-naqabil.
Elmdən hasilim ziyan oldu,
Günü-gündən işim yaman oldu.
Məni-divaneyi-zəlumü cəhul,
Nəfsi-biçarani edib məşğul.
Eylədim kəsb elmi-fıqhü üsul,
Olmadı hiç bir murad vüsul.
Mənə öz elmim oldu vizrü vəbal,
Mənzilim hər məkanda səffi-mal.
Eylədim əhli-eimə xidmətlər,
Ta ki qıldıın "Mütəwəli" ozbər,
Məni incitdi cüdi-"Layəhzər".
Müxtəsər, zaye oldu nuri-bəsər.
Özgə nəhv ilə sərf oldu zaman,
Olmadı Əmrü Zeyddən saman.
Ey olan mütki-fəzlə əllamə,
Vey olan şeyx əhli-islamə,
Sinədə gərm olub bu hongamə,
Gor yetə şəfqətinlə əncamə.
Faş olur sirri-nəssi "mən əvha",
"Və huvəşşcyxü, yühyiü-mövta"*.
Seyyida, ol cənabə eylə dua-
Ki, duadır təriqeyi-şüəra.
Barilaha, bəhəqqi-şiri-xuda,
Ona tulani ömr eylə əta!
Xatirin şad elə bu dünyadə,
Əhməd olsun şəfiin üqbadə.