Aşiqəm, əmrini ver aşiqi-nalanə, gülüm
Aşiqəm, əmrini ver aşiqi-nalanə, gülüm Müəllif: Nizami Gəncəvi Tərcümə edən: Cəfər Xəndan |
Mənbə: Anar. Min beş yüz ilin oğuz şeri. Antologiya, I kitab (az.). Bakı: "Azərbaycan". 1999. 2017-07-08 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-07-08. |
Aşiqəm, əmrini ver aşiqi-nalanə, gülüm,
Yanına ya gəlim əql ilə, ya divanə, gülüm?
Sevirəm qəlb ilə canım kimi cananımı mən,
Ölərəm, ya yetərəm sən kimi canana, gülüm.
Sənə dost olmağıma cümlə şəhər düşmən olub,
Məni əfv eylə, baxıb bir belə düşmənə, gülüm.
Harda görsəm səni, zülfundən öpüb yalvararam,
Aşiqəm, aşiqə yoxdur yazı, divan, a gülüm!
Sənsizəm, səndən uzaq kimsəni düşsün demərəm,
Yetməyir əl sənə, yox səbir də hicranə gülüm.