Azərbaycan ədəbiyyatı (F.Köçərli, I cild)/Asəf Şirvani (məqalə)

Ağaməsih Şirvani Azərbaycan ədəbiyyatı. I cild. Asəf Şirvani
Müəllif: Firudin bəy Köçərli
Ağaismayıl Zəbih


Asəfin aşağıda yazılan qəzəllərindən onun xoştəb zə şirinkəlam bir şair olduğu anlaşılır.
Qəzəli-Asəf Şirvani:

Bilmən ərəqmidir rüxi-alında saqinin --
Ya didələrmi qaldı yanağında saqinin?

Sağər ki, duş saqini qılmışdı bidəmağ,
Ağlar gəzər müdam sorağında saqinin.

Dövranda ləhzə-ləhzə qızıl qanlar udduğum --
Olmuş əyan əlində, bucağında. saqinin.

Tən böylədirmi, yoxsa həlakım zəmanədə
Qanlar[mı] kəf götürmüş ayağında saqinin.

Başına küllər olsun o pərvanənin, əgər
Yanmaqdan əl götürsə çirağında saqinin.

Mey nəşəsilə sanma ki, Asəf fitadədir,
Dövran həlakı olmuş otağında saqinin.

Yenə qəzəli-Asəf Şirvani:

Sövdayi-zülfi-yarə, könül, qılma çox həvəs --
Kim, sübh olunca hər gecə bidar olur əsəs.

Bülbüldə olsa suzi-cəmalın şərarəsi,
Hər naləsindən od tutar əşcaru xarü xəs.

Vir zəhrdir sözün ki, acıtmaz dimağımı,
Bir şəhddir qəmin, qona bilməz ona məgəs.

Hicrində dad qılsam əgər tez tapar qəmin,
Əzbəs ki, yox qəmin kimi bir mərdi-dadrəs.

Giryan göz ilə sineyi-əfkarə ğaneyiz,
Bəsdir bizə fəzayi-Muğan, Dəcləvü Ərəs.

Rehlət səbahidir, nə yatıbsan, dur, ey rəfiq,
Yükləndi, getdi qafilə, fəryad edər cərəs.

Bir xuşə tuşə eylə bu xərmən kənaridən
Nagah mürği-fürsət uçub sınmamış qəfəs.

Asəf qəmində üz döşəyib xaki-heyrətə,
Qalmış həzinü bidilü bitabü binəfəs.