Azərbaycan ədəbiyyatı (F.Köçərli, I cild)/Məhvəşi Şirvani (məqalə)
←Molla Qasım Zakir | Azərbaycan ədəbiyyatı. I cild. Məhvəşi Şirvani Müəllif: Firudin bəy Köçərli |
Nabi Əfəndi Şirvani Valiyül-əsl→ |
Məhvəşi Şirvani on üçüncü əsrin əvayilində Şirvan vilayətində Ağaməsih Şirvanidən sonra vücuda gəlibdir. Bir çox kəlamından — ki, bizim əlimizə düşübdür, — onun əhli-hal və sahibi-kəmal bir şairi-şirinməqal olduğu görünür. Hər qisim əşarı vardır. Onlardan bir parası nümunə üçün burada təstir olunur. Peyğəmbəri-valatəbarımız Məhəmmədəl-Mustafa həzrətlərinə olan məhəbbət və sədaqətini bu qəzəli-bibədəlində bəyan etmişdir:
Ey nikahi cansitan, çeşmi-siyahi dilfərib,
Qoymamışdır məndə-qəmzən səbrü aramü şəkib.
Bəndeyi-biçarəyəm, avarə düşmüş kimsəyəm,
Qıl tərəhhüm mən fəqirə, olmuşam miskin qərib,
Gözlərin cəlladi-yaği, qaşların qövsi-qüzeh,
Kipriyin xunrizi-dövrandır, xətin nəqşi-əcib.
Şəhriyari-xubrusan, xosrovi-alinicad,
Mətləi-ənvari-həqsən, şafei-ruzi-həsib.
Dərgəhin darul-amandır, xakpayin tutiya,
Söhbətin ənfasə candır, rəfətin əcza təbib.
Xatəmi-xeyli-rüsülsən, əvvəli-hirzi həyat,
Baisi-icadi-aləm, məhrəmi-sirri-mücib.
Məhvəşi bir kəmtərindir dəhr ara aramı yox,
Müntəzirdir rəhmətə, şəfqət elə bir şey nəsib.
Qəzəli-Məhvəşi:
Vermişəm dünya mətain qarətə cananə mən,
Olmuşam məsruru xürrəm, eylərəm şükranə mən.
Neylərəm qəmxanəni, qəm çəkməyə dünya üçün?
Eylərəm şükrü səna ol xaliqi-sübhanə mən.
Dami-qəmdir bu cahan, meyl eyləmən ol danəyə,
Görmüşəm tüğyani-Adəm ismini dər danə mən.
Yar kuyi məskənimdir, istərəm ol kuyi mən,
Yarsız meyil etmənəm ol rövzeyi-rizvanə mən.
Yari-baqidir mənə, həmrahü həmxabım müdam,
Həmnişin, həmsöhbətəm ol qadirü yəzdanə mən.
Məniyi-zatım nümayan, məndədir ənvari-həq,
Dərgəhi-piri-muğanəm, guşeyi-meyxanə mən.
Məndədir cami-sürahi, xəlvəti-kaşanə həm,
Cami-Cəmdir, Məhvəşi, peymanə o, məstanə mən,
Məhvəşinin bu növ mütəəddid şerlərindən məlum olur ki, ol mərhum da Nişat kimi şüərayi-farsdan sufiməslək Şeyx Əttara, Şəms Təbriziyə və Mövlana Cəlaləddin Rumiyə peyrəvilik edib bir növ özü də həqiqətpərəst olmuşdur.
Məhvəşi şeyin zahirinə etina etməyib, hər yerdə onun həqiqətinə və batini aləminə diqqət yetirib mənayi-əzəlisini bilmək istəyir. Şair cümleyi-kainatda və kaffeyi-mövcudatda böyük hikmətlər və sirrlər hər dəmdə zahir olduğunu görüb də bir kəlamında deyir:
Yari-baqi oldurur əflakdə seyr eyləyən,
Baxgilən ibrət gözilə, görgilən əsrari-həq.
Sirri-həq mövcuddur hər dəmdə izhar eyləyir,
Gah dildə, gah güldə görsənir əsrari-həq….
Suya bax, daşdan çıxıb cari olur, aramı yox,
Gah gərmü gah sərdü mötədil əsrari-həq.
Aç gözün, qılgil nəzarə, hər yana baxsan, odur,
Vahid oldur, baqi oldur, münbəsit əsrari-həqq.
Məhvəşi hər dəmdə görür gunə-gunə sirri-həq
Xud özü bir sirrdir, söylər özü əsrari-həq.
Şairi-həqiqətbin və xoşayin hər qisim məsiyyətdən öz vücudunu pak və münəzzəh görüb və cami-bəqadan çəşidə edib, aqil və kamil bir vücud olmasını və sirri "ənəlhəqq" söyləməsini başqa bir kəlamında izhar eləyir və ibtidayi-kəlamı fatehi-Xeybər və saqiyi-kövsər, yəni Əli Heydəri-kərrarın mədhilə başlayıb, özünü bu sayaq nişan verir:
İçmişəm cami-əzəldən, olmuşam məstanə mən,
Saqiyi-kövsər Əlidir, olmuşam cananə mən.
Oldurur şahım, pənahım, məzhəbü dinim mənim,
Elmi-zahirdən, nə hasil, olmuşam biganə mən.
Oldurur elmül-lədünni, oldurur əsrari-həq,
Kəmtərii bir bəndəyəm, şükr eylərəm sübhanə mən.
Kəbəni bütxanədən ayrı bilir zahirpərəst,
Məscidin tərkini qıldım, bəklədim meyxanə mən.
Məstü məxmur olmuşam, zahid, dəri-meyxanədə,
Söylərəm sirri-"ənəlhəqq", olmuşam divanə mən,
Cənnətü firdovsi-əla vəsfini çox söyləmə,
Yar baqidir mənə, bil, baxmışam Fürqanə mən,
Oturub bir guşədə, taət edirsən xaliqə,
Niyyətin cənnət imiş, gör, söylərəm mərdanə mən.
Bil həqiqət həqqdən, vaiz, usan bu cəhldən,
Cənnət içrə izzi yoxdur, girmişəm rizvanə mən.
Kor olubsan, görməyirsən röyəti-cananını,
Məhvəşi, gəl qıl nəzarə, onda dur, dürdanə mən.
Məhvəşinin yuxarıda yazılan kəlamlarından — ki, mənən və bəlağət heysiyyəti ilə biqüsurdurlar, onun Füzuli əleyhirrəhməyə və Nəbatiyə təbəiyyət göstərməyi zahir olur. Ehtimal var ki, Nəbati ilə Məhvəşi bir əsrin adamları olmuş olsunlar. Hər halda onların kəlamları bir-birinə çox bənzəyir: həm ləfzən, həm mənən.
Zahirpərəst vaizlərin haqqında demişdir:
Vaizin zahiri xoş, sirri-xudadən qafil,
Ümmiyi-əhməq imiş, batin işindən cahil.
Nə olur zöhdü riyadən, nə bilir bixəbəran,
Deməyin, mərdümi-dana, bulara siz aqil.
Əqli yox kövdən imiş, misli-bəhaim bifəhm,
Deməz insan bulara, mərdi-mübarək, qabil.
Uymagil nəfsə, fəqih, zöhdü riyadən bir usan,
Habili-xoşsiyəri qətlə yetirdi Qabil.
Dəhri-dun məzrəi-üqbadı, bil anı təhqiq,
Yaxşılıq töxmin əgər mərdümi-dana kamil.
Olma qafil, həzər eylə bu riya işlərdən,
Nəfsi-şuma uyuban etmə xəyalın batil.
Bir eşit Məhvəşinin pəndini, ey vaizi-şəhr,
Eşq dəryasına gir, eylə vücudun sahil.
Məhvəşinin bu qisim xoşməzmun kəlamı çoxdur və cümləsində şairin həqiqətbin və alitəbliyi görünür. Bir qəzəlində şairin təbi övci-məqama pərvaz eləyib, şahbazi-fikri seyrangahi-lahutda dövrü gərdiş eləyir. Bu halət üzrə şair bəşəriyyət halından çıxıb öz vücudunu gah gənci-əsrari-xuda və mədəni-ənvai-cəvahir və məxzəni-ləlü gövhər bilir və gah göy üzündə gərdiş edən şəmsi-aləmara və səfheyi-asimanda bərq vuran seyheyi-səda və sair məxluqatın kaffəsinə məzhəri mənbə hesab eləyir.
Məhvəşinin bu kəlamında Şəms Təbrizinin təsiri aşikarən görünür. Haman qəzəl budur:
Bir fəqirəm şahasa, dərvişəm şeydasifat,
Bir gədayəm birida, dərgahi-alimənzələt.
Müstəhəq biçizü miskin bəndeyi-azadəyəm,
Məxzəni-dürdanəyəm, əsrari-gənci-mərifət.
Gənci-əsrari-xudayəm guşeyi-meyxanədə,
Şəmsi-gərdunəm yəqin, seyr eylərəm dəryavü dəşt.
Eylərəm bir dəmdə seyr əflaki-gərduni təmam,
Mötəkif bir guşədə xummarvəş bipavü dəst.
Xümnişinəm, çün Fəlatun hikməti-Rəhman mənəm,
Pəhlivanəm çün Təhəmtən, olmuşam çalakü cəst.
Bərq uran göy səfhəsində seyheyi-əfğan mənəm,
Mədəni-ənvai-cövhər məndədir, ey xudpərəst!
Sərfərazəm eşq ara, rindi-qələndərməşrəbəm,
Şəhriyari-arifanəm tuqdari-tacü təxt.
Şahbazi-fikrətəm, seyrangəhim lahutdur,
İçmişəm mey cami-həqdən, olmuşam azadə məst.
Saqiyi-rizvan qulami Məhvəşi küstaxdır,
Dəhr ara sərməst olubdur zahirən ol rəyi səxt.
Qeysəri-kəbrnicadəm, xosrovi-xaqani-Çin,
Adili-Nuşirəvanəm, cami-Cəm, Cəmşidbəxt.
Məhvəşinin bu məzmunda daha da bir çox qəzəlləri vardır ki, cümləsini burada dərc qılmağa ehtiyac yoxdur.
Şair bəsirət gözü ilə ətrafına nəzər yetirib, tamami-məxluqatın axırını puçü zayü fani görüb, özü dəxi fəna arzusuna düşür, rahətü səadəti məhz fənada və aləmi-ədəmdə təhqiq edir və könlünü fəna mülkünə tərəf sövq edib deyir :
Fəna olmaq dilər könlüm əlayiqdən qutarmaqdan,
Fənadə işrətü qəm yox, misali-məstü heyrandır.
Necə ki, bu babda Füzuli Bağdadi həm demişdir:
Əlqissə, vücud dami-qəmdir,
Azadələrin yeri ədəmdir.
Belə olan surətdə mərgdən xövf etmək və fəna aləminə köç etməkdən məyus və mükəddər olmaq böyük bir səhv deyilmi? Həqiqəti-haldan bir növ bixəbər və qafil olmaq deyilmi? İnsan üçün ölüm haqqdır və ayeyi-vafi hidayə məzmununca "kullu şeyin halikun illə vəchəhu" — baqi və əbədi qalan ancaq bir qadiri-zülcəlaldır. Bu cəhətə dünyanın qəmin yeməkdən və övzai-zəmanədən dilgir və şaki olmaqdan bir fayda yoxdur. Vəli insan necə ki, diridir, həyatın qədrini gərəkdir bilsin və həqq-taala ona mərhəmət qıldığı qüdrət və bacarığı xeyir işlərə və haqq yoluna sərf eləsin. Tək fəna arzulamaqdan bir mənfəət yoxdur və həqq-taalanın əmri bizə səyü təlaşdır. Zaviyənişinlik və bikarçılıqdan bir şey çıxmaz. Bizim bu əsri-şumda hətta mədəni tayfalar arasında dəxi diriliyi biməzmun bilib dünyadan və onun keşməkeşindən bizar olub canlarına qəsd edənlər az deyildir.
Axır vaxtlarda elə ittifaq düşür ki, paytaxt şəhərlərdə intihar edənlərin həddü hesabı əndazədən çıxır və ricali-dövləti, polisə məmurlarını, hükəma və fəlsəfə firqələrini fikrü əndişəyə salır. Bu hədsiz intihara səbəblər çoxdur. Vəli ümdəsi dünyadan bizar olub, beş günlük həyatı püç və biməzmun bilmək əqidəsidir.
İslam aləmində dəxi bu fikrü əqidədə olanlar az deyildir. Təkcə Füzulinin:
Əlqissə, vücud dami-qəmdir,
Azadələrin yeri ədəmdir --
— şeri ona kifayət edir ki, çoxlarını qəflətdən ayıldıb beş günlük dünya məişətinin puç və boş olmağı barəsində böyük əndişəyə salsın. Başqa bir əcəm şairi bu xüsusda demişdir:
Ma hiç, cəhan hiç, ğəmo şadi hiç,
Xoş nist bəraye-hiç naxoş budən.
Mərhum Məhvəşi dəxi bu əqidədə olduğunu bir qəzəlində izhar qılıb deyir:
Şadiman ol, çəkmə qəm dünya üçün, ey nikmərd,
Səndə vardır əsli-məna, gövhəri-paki-xirəd.
Gün dolanır, ay olur, dövran keçir, olur xəzan,
Fəsli-gül keçdi — deyib olma, könül, aşüftəgərd.
Fanidir məcmui-əşya, sərbəsər hər nə ki, var,
Yerü göy, şəmsü qəmər, əncüm, kəvakib, bad gərd.
Oldurur baqi qalan, hər bir şeyin mənasıdır,
Qeyr yoxdur, hər nə görsən oldurur yektayi-fərd.
Şəkli-gunagun görünür dəhr ara bihəddü həsr,
Təlxü şirin, xubü ziştü bədsiyər, ruxsari-zərd.
Gör fənadə baqini, bilmən bu istiğna nədir,
Ey səmənbar nazlı yarım, söyləmə bir hərfi-rədd.
Yari-baqi çilvəsidnr hər nə körsən, Məhvəşn,
Müztəribhal olmakil, ey mərdi-arif, metəməd!
Həqq-taalanın tövhidi, qüdrətü əzəmətü bəqası xüsu-sunda və insanın zəf, əçzü fənası barəsində Məhvəşikin yuxarıda tərqim olunan kəlamı xeyli pürməna və Füzulinin kəlamına bənzər bir qəzəldir. Bu misilli qəzəlləri çoxdur. Əşarın qəzəliyyat qismindən səva Məhvəşinin hər növ kəlamı vardır. Cümləsindən mü-səlsəl və mövzun olanı tərçibənd və tərkibbənd kəlamlarıdır.
Bunlardan qeyri bir çox xoşməzmun və səlis müsəd-dəsat, müxəmməsat və mürəbbeatı vardır ki, cümləsi-nin buraya küncayişi yoxdur. Nümunə üçün onlardan birisi zeyldə dərç olunur.
Kəlami-Məhvəşi əleyhirrəhmə:
Piranəsərəm, şurü nəvadən xəbərim var,
Aşüftətərəm, suni-xudadən xəbərim var.
Seyr eyləmişəm, teyri-hümadən xəbərim var,
Bidar oturub badi-səbadən xəbərim var.
Çox eyləmişəm seyr, fənadən xəbərim var,
Kəl həmdəm olaq, əhli-bəqadən xəbərim var.
Çüi mötəkifəm, zehdü riyadən xəbərim var,
Xoffaş niyəm[1], mehrü ziyadən xəbərim var.
[1]- Niyəm — yəni nistəm, deyiləm. Xəffaş niyəm — geçəquşu, Yarasa deyiləm.
Hamu eləmən, yəni nəvadən xəbərim var,
Zahnd deyiləm, sövmü səladən xəbərim var,
Saqi deyiləm, bəzmi-səbadən xəbərim var,
Hüdhüd deyiləm, şəhri-Səbadən xəbərim var.
Tuti deyiləm, murği-Minadən xəbərim var,
Zalim deyiləm, əhli-çəfadən xəbərim var.
Vaiz deyiləm, xövfü ricadən xəbərim var,
Alim deyiləm, elmi-xəfadən xəbərim var.
Cahil deyiləm, "la"vü "əla"dən xəbərim var,
Qafil deyiləm, qalü bəladən xəbərim var..
Nadan deyiləm, eyni-rizadən xəbərim var,
Bidin deyiləm, əhli-vəfadən xəbərim var.
Çoxlar dolanıb dəhrdə dürdanə tapaydım,
Çoxlar dolanıb kənc ilə viranə tapaydım,
Çoxlar dolanıb aşiqi-divanə tapaydım,
Çoxlar dolanıb məscidümeyxanə tapaydım,
Çoxlar dolanıb arifi-məstanə tapaydım,
Çoxlar dolanıb saqiyi-peymanə tapaydım,
Çoxlar dolanıb həmrəhi-mərdanə tapaydım,
Çoxlar dolanıb qabil çananə tapaydım,
Çoxlar dolanıb meyveyi-bidanə tapaydım,
Çoxlar dolanıb şairi-fərzanə tapaydım,
Çoxlar dolanıb məcməi-əfsanə tapaydım,
Çoxlar dolanıb zivəri-kaşanə tapaydım,
Çoxlar dolanıb məsnədi-şahanə tapaydım,
Tənha oturub cümləni biganə tapaydım.
Dövran dolanır, yoxdur onun səbrü qərari,
Gündür dolanır, sübhü məsa yoxdu qərari,
Suya nə olubdur ki, edər növheyi-zari,
Azadə olan sərvi-səhin vermədi bari.
Nə zinət ilə güllər açıb nəxli-ənari,
Güllər — kimi əhmər, kimi abi, kimi sari.
Bu hikmətə bax, şəhdi-müsəffa verir ari,
Olmuş güli-həmra nə üçün munisi-xari?
Gənc üzrə qılıbdır nə üçün məskən mari.
Өvzai-cahan böylə olubdur niyə bari?!
Vaiz sözünə tutma qulaq, olma giranbar,
Bu cismi-lətifin eləmə cifeyi-murdar.
Olma nigəran zəxmeyi-qəmxanədə bimar,
Həsrətlə baxıb qeyrilərə eyləmə əfkar.
Dövranü zaman kimsə ilə olmadı qəmxar,
Budur qərəzin kim, olasan ona vəfadar?
Əsla eləmə zaye özün dəhrdə, idbar,
Uyma onun ətvarına, ey mərdi-nikukar!
Biqiymət olub etmə özün zayevü biar,
Bu bəzmdə mərdanə dolan feli səzavar.
Bu pəndim eşit, işləmə bəd, olma xətakar,
Bir dürri-giranmayəsən, ey məxzəni-əsrar!
Bu zöhdü riyadən usan, ey zahidi-xudbin,
Olma nigəran nəfsin üçün dəhrdə qəmgin.
Səhrayə çıxıb seyr eləgil biqəmü bikin,
İbrətlə baxıb fikr elə, gör gülləri rəngin.
Nə şövkət ilə dağlər olmuş belə səngin,
Nə tərz ilə bünyad olub dəhrdə maçin.
Nə rəng ilə güllər yetirib bağdə gülbün,
Nə vəch ilə aram deyil xuşeyi-pərvin.
Göy səfhəsi üzrə gör edib nəcmlər ayin,
Nə ətr saçıb bağdə nərgislə rəyahin.
Gülzarə çıxıb həşmət ilə Xosrovi-şahin,
Şahbaz baxıb gördü onun şövkətü cahin.
Vaiz nə bilir keyfiyyəti-cəhlü həqiqət,
Zahid nə bilir mərifəti-şərti-təriqət,
Ümmi nə bilir mərtəbeyi-keyfi-nübüvvət,
Nadan nə bilir nəşeyi-sərşari-məhəbbət,
Naqis nə bilir nikü bədü qübhü qəbahət,
Aşiq nə bilir şiveyi-göftari-fəsahət,
Qafil nə bilir zövqi-ələm, üsrətü işrət,
Zalim nə bilir mərhəmətü helmü mürüvvət,
Alim nə bilir nükteyi-tövhidi-şəriət,
Miskin nə bilir təntəneyi-hökmi-fəxarət,
Kuran nə bilir ruzü şəbü əhsəni-surət,
Şeyda nə bilir zivərü arayişü zinət,
Sərməst nə bilir qaideyi-söhbətü fikrət,
Bidar gərək arifü huşyari-ədalət,
Pirani-rəhi-mərifətü munisi-vəhdət,
Bunlardı həqiqətdə olan qabili-qüdrət.
Ey vaiz, usan, eyləmə təkrar bu qali,
Yüz hiylə ilə cəm eləmə malü mənali.
Səhrayə düşüb eyləmə hər yerdə suali,
Cəm eyləməgil boynuna bu qədr vəbali.
Olma nigəran ruzi, həvəs eyləmə zari,
Bu şirkü riyadən uzaq ol, etmə xəyali.
Mərdanə dolan dəhrdə, bir eyləgil ari,
Olma nigəran cifə üçün, şükr elə bari.
Azadərəviş dövr eləgil, etmə xumari,
Şeydasifət ol guşeyi-meyxanədə bari.
Gəl adəm ol, ey əhməqi-sərgəştə, übali,
Axır günüdür, xar olub çəkmə məlali.
Ey Məhvəşiyi-suxtədil, xatiri dərviş
Bünyadi-cahan böylə olub, eyləmə təşviş.
Qəndü şəkərü zəhri-həlahil, əsəlü niş,
Fərzanəvü divanə qamu munisü həmxiş.
Gürgü, səgü gusaləvü büzqaleyi-buz, miş,
Əsbü şütürü şir, pələngü kəlü camiş.
Gürbə nədürür, ruzi olub onlar üçün muş,
Ağıl buna çatmaz, eləmə bunlara sən guş.
Bunlar həmə əsrari-xudadır, nə asan iş,
Dövranı-fələkdənmi olubdur yaz ilə qiş?
Ancaq özüdür eyləyən izhari-binaguş,
Sərməstləri kimdir edən dəhrdə mədhuş?
Məxmurlərə kimdi verən qüdrət ilə huş,
Məxluqlərə kimdi verən füshəti-daniş?
Fərzanə nikurəy gərək, aqibətəndiş.
Məhvəşinin bu tərkibbəndində bəzi mətləblər təkrar olunursa da (məsələn, riyakar zahidlərə və dünyagir vaizlərə olunan töhmət və sərzənişlər kimi), bəzi mətləblər dəxi vardır ki, şayani-diqqətdir.
Şair bir neçə məqamlarda mərhum müəllim Nacini öz əşari-hikmətamizi ilə yada salır və onun kimi bir çox nazik mənalar və mühüm işarələr üstə danışır. Həqq-taalanın bilinməz sirrlərini və ağlasığışmaz hikmətlərini yad edib matü mütəhəyyir qalır və bir növ çaşmış halda deyir:
Bunlar həmə əsrari-xudadır, nə asan iş….
Bundan başqa bu tərkibbənddə Məhvəşinin gözəl bəndləri və tənbehləri dəxi vardır ki, onlara diqqət yetirməmək olmaz. Məsələn, bu dəhri-dunda beş günlük ömür üçün adam gərəkdir nəfsinə uymasın və feli-nasəza ilə özünü biarü biqiymət eləməsin:
Əsla eləmə zaye özün dəhrdə, idbar,
Uyma onun ətvarına, ey mərdi-nikukar!
Biqiymət olub etmə özün zayevü biar,
Bu bəzmdə mərdanə dolan, feli səzavar.
Bu pəndim eşit, işləmə bəd, olma xətakar,
Bir dürri-giranmayəsən, ey məxzəni-əsrar![2]
[2]- Məhvəşinii bu şerləri türk şairlərindən Əbdülhəqq Hamidin "İbn Musa" nam əsərinə bənzəyir. Necə ki, İbn Musanın dilindən demişdir:
Məhvəşinin mütəəddid əsərləri bir yerdə cəm olumsa, mötəbər bir divani-əşar hasilə gələr. Asari-nəfisələrindən bir çoxu alicənab müfti əfəndinin "Məcmuə"sində təhrir olunmuşdur.
Bəhs etmə mənə dəğdəğeyi-yəsü əməldən,
Ol təcrübədən nəzdi-kəlamımda qina var,
Azadəsərəm qaileyi-şövqü kəsəldən,
Madam ki, əncami-həvadisdə fəna var.
Hər verdiyi çıxmaqda ikən aqibət əldən,
Dünya bu qədər rəğbətə olsunmu səzavar?!
Musayə nə qəm zərbeyi-cəlladi-əcəldən,
Өmründə fəna var isə namında bəqa var.
Məqsud budur eylədiyim səyü əməldən,
Musa denilir qübbədə bir xoşca səda var.