Azərbaycan ədəbiyyatı (F.Köçərli, I cild)/Nabi Əfəndi Şirvani Valiyül-əsl

Məhvəşi Şirvani Azərbaycan ədəbiyyatı. I cild. Nabi Əfəndi Şirvani Valiyül-əsl
Müəllif: Firudin bəy Köçərli
Nişat Şirvani


Nabi əfəndi Şirvaninin bir neçə qəzəlləri və müxəmməsləri səmahətli müfti əfəndinin "Məcmuə"sində təhrir olunmuşdur. Onlardan atidə dərc olunmuş bir qəzələ iktifa etdik:

Əsrari-xətinlə dili mədhuş edə bilsəm,
Bir gəz qəmi-dünyanı fəramuş edə bilsəm.

Eylərdim iki dəstimi bir qifli-mütəlsəm,
Ol qaməti-mövzuni dərağuş edə bilsəm.

Göstərməz idim kimsəyə heç ləzzəti-ləlin,
Möhri-ləbim ol nemətə sərpuş edə bilsəm.

Etmək nə olur əncüməni-dəhri pərişan,
Bir gəz meyi-samanşikəni nuş edə bilsəm.

Verməz süxənaralıq ilə kimsəyə növbət,
Nabi, dəhəni-xaməni xamuş edə bilsəm