Bənövşəni
Bənövşəni Müəllif: Aşıq Qurbani |
Mənbə: "Seçmə aşıq şeirləri. 3 cilddə. I cild" (PDF) (az.). DGTYB. 2011. 2016-04-01 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11. |
Başına döndüyüm ay qәşәng pәri,
Adәtdi, dәrərlər yaz bәnövşәni.
Ağ nazik әlinlә dәr, dәstә bağla,
Tәr buxaq altında düz bәnövşәni.
Tanrı sәni xoş camala yetirmiş,
Sәni görәn aşiq ağlın itirmiş,
Mәlәklәrmi dәrmiş, göydәn gәtirmiş?
Heyif ki, dәriblәr az bәnövşәni.
Başına döndüyüm, bağa gәl, bağa,
O gözәl hüsnündәn bağa nur yağa.
Dәstә-dәstә dәrib taxar buxağa,
Bәnövşә qız iylәr, qız bәnövşәni.
Sәhәr olcaq şeyda bülbül oxuşdu,
Hökm olundu, süleymanlar yerişdi,
Sәrt qış gәldi, gülün vaxtı sovuşdu,
Daha iylәmirik biz bәnövşәni.
Qurbani der: Könlüm bundan sayrıdı,
Nә etmişәm yarım mәndәn ayrıdı?!
Ayrılıqmı çәkib boynu әyridi?!
Heç yerdә görmәdim düz bәnövşәni.