Bayatılar/R
←P | Bayatılar. R hərfi ilə başlayan bayatılar Müəllif: Şifahi xalq ədəbiyyatı |
S→ |
Həmçinin baxın: Haqqında • Mənbə: Bayatılar. Bakı, 1995 |
Reyhanı əkdim düzə,
Göyərdi, qalxdı dizə.
Allah bsənə çox şükür,
Yar üzün çördü bizə.
Rum mənəm, İraq mənəm,
Bu yanan çıraq mənəm.
Qul tək ellərə düşdüm,
Vətəndən iraq mənəm.
Rübənd çək üzə dağlar,
Kölgə sal düzə, dağlar.
El sinəndə yürd salsın,
Gəlməsin gözə dağlar.
Rübənd tut üzə dağlar,
Gəlməsin gözə dağlar,
Ovçu kəkliyin qovsun,
Dağıtsın düzə, dağlar.