Bir də yaz
Müəllif: Aşıq Qurbani
Mənbə: Azərbaycan aşıq şeirindən seçmələr, İki cilddə, I cild. Bakı, "Şərq-Qərb", 2005. ISBN 9952-418-41-5

Gecə-gündüz bulud keçər havalar,
Belə getməz, əlbət gəli bir də yaz...
Oxuyur bülbüllər muğam, havalar,
Sızıldaşır yaram, aman bir də yaz!

Bulud olan qalxar havada gəzər,
Aşiq olan yarın bağrmı əzər,
Qəvvəs2 olan girər dərində gəzər,
Bir dərin var, bir dərgə var, bir dayaz!

Qurbani güldəstə bağlar oxuna,
Sinəm buta, yarım müjgan oxuna,
Bir namə yaz hər divanda oxuna,
Görən deyə, var əllərin, bir də yaz.