Hicran gecələri qayğı çəkməkdən,
Əlif qəddim əyri yaya dönübdü.
Bədəsilin eşidəntək sözlərin,
Yəqin etdim, ömrüm zaya dönübdü.
Dünyada qalmayıb zәrrәcә hörmәt,
Qardaş qardaşına eylәr xәyanәt,
Gәdalar bәy olub, bәylәr rәiyyәt,
Ağ pullar çönüb ribayә dönübdü.
Uçuşur dumalar, səkir teyhular,
Namərd adam qalibliyin arzular,
Bulandı dəryalar, həm daşdı sular,
Qaynaqsız bulaqlar çaya dönübdü.
Biz də qonaq olduq qarslı Osmana,
Yunis tək mat qaldıq bəhrü-ümmana,
Qurbani der: dönsün belə zamana,
Göydəki ulduzlar Aya dönübdü.