Dəmi həmdəm olmayana, həmdəm deməyim

Dəmi həmdəm olmayana, həmdəm deməyim
Müəllif: Nizami Gəncəvi

Dəmi həmdəm olmayana, həmdəm deməyim?
Dəmi kim, həmdəm ilə keçməyə, həmdəm deməyim?

Əlefü mimdir ağzın ilə qəddin, çü sənin,
Dərd ilə ol iki sin, mən neçəsiyəm deməyim?

Bil ki, könlümdə nə tutdum, dedim, ol yar dedi,
Tutduğun busü kənar isə ölürsəm deməyim?

Çünki seyd etmədi sən gözləri ahuni mənə,
Mən rəqibinə dəxi kəlbi-müəllim deməyim?

Çün yüzün Kəbəvü xalın həcərül-əsvəd imiş,
Ləbü zülfünə çün həlqəvü Zəmzəm deməyim?

Baş qoyub yoluna ondan adım adam deməsəm,
Mən dəxi aləm içində adım adam deməyim?

Ürübən taci-bəla keçməz isə təxti-qəmə,
Mülki-eşq oldu Nizamiyə müəssəlləm deməyim?