Dolana-dolana (Aşıq Qurbani)

Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın.
Dolana-dolana
Müəllif: Aşıq Qurbani
Mənbə: Azərbaycan ədəbiyyatı inciləri. Bakı, 1988. səh.68.


Alçaq yerdən duman qalxar,
Dağı dolana-dolana,
Göy üzünü alar bulud,
Mahı dolana-dolana.

Kimi ağa, kimi nökər,
Nökər olan cəfa çəkər,
Bülbül ağlar, qan-yaş tökər,
Bağı dolana-dolana.

Qurbani murada yetdi,
Canan gəldi, burdan ötdü,
Nobat gəldi, mana yetdi.
Saqi dolana-dolana.