Ey Şanə, utan, türreyi-əfşanıma dəymə
Ey Şanə, utan, türreyi-əfşanıma dəymə Müəllif: Ağababa Sağəri |
Mənbə: Seyfəddin Qəniyev, 1918-Cİ İL ŞAMAXI SOYQIRIMININ AŞIQ, EL ŞAİRİ, ŞAİR VƏ ALİM ŞƏHİDLƏRİ. "Ozan dünyası" jurnalı, №1(22). 2015. |
Ey Şanə, utan, türreyi-əfşanıma dəymə,
Canım çıxır, ol zülfi-pərişanına dəymə.
Etmə günümü qarə mənim, zülf, həzər qıl,
Çin-çin tökülüb, ol məni-sabahıma dəymə.
Ey sürmə, həya eylə, günüm eyləmə tirə,
Çeşmi-siyahi-nərgizi-fəttahıma dəymə.
Cənnət qapısın bağlama sən aşiqi-zarə,
Ey badi-səba, çaki-giribanıma dəymə.
Qoy canım çıxsın, mənə rəhm eyləmə, cərrah,
Əl vurma mənə, nabəki-peykanıma dəymə.
Yıxma evini Sağərinin, bad, həzar qıl,
Hər ləhzə əsib sibi-zənaxdanıma dəymə.