Gördün nə bəla çəkdi başım eşqin ucundan?
Gördün nə bəla çəkdi başım eşqin ucundan? Müəllif: Nizami Gəncəvi |
Gördün nə bəla çəkdi başım eşqin ucundan?
Dözdüm qəminə, gəlmədi, bax, dostluğa nöqsan
Məzlumların naləsinə adət edibsən,
Bəs naləmə meyl eyləmədin, sevgili canan?!
Eyb etməz, ürək vermə mənə, çünki gözəlsən,
Dil verməmək adətdi gözəllərdə binadan.
Söylə, bu Nizami necə səbr etsin, əzizim,
Eşqində qərarsız qalacaq, ey məhi-taban!