Gözəlin (Aşıq Əli Xanxanımoğlu)
Eyni adda digər əsərlər üçün dəqiqləşdirmə səhifəsinə baxın. |
Gözəlin Müəllif: Aşıq Əli Xanxanımoğlu |
Mənbə: Yusif Səfərov. Naxçıvan aşıqları və el şairləri (PDF) (az.). Naxçıvan: "Əcəmi" NPB. 2011. 2017-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-05. |
Gözü badamıdı, gərdəni mina,
Şişədəndi solu, sağı gözəlin.
Kəbə qəndilidi püstanı-rəna,
Qoynu içi cəmıət bağı gözəlin.
Başına örtübdür ağ nazik cuna,
Yaxılmış əllərə al-əlvan həna.
Camalı lağ edir günə, həm dana,
Yanaqları gül yarpağı gözəlin.
Əli görməyibdi sən tək növcəvan,
Hökmündədir Gəncə, Şəki, İrəvan,
Səhər yeli əsdi, aşdı giriban,
Qoruq olub gecə bağı gözəlin.