Şikayət var bu dünyanın əlindən,
Neçə Süleymanlar var idi, getdi.
Qışı hikmətindən əsnəmir dağlar,
Bax dağları tutan qar idi, getdi.
Mülkü Süleymana vəfa qılmadı,
Loğman da dərdinə çarə qılmadı,
Neçə padşah gəldi, səndə qalmadı
Kəfənin belinə sarıdı, getdi.
Üz tutarıq Sübahana, Səttarə,
Müşkülə düşəndə etginən çarə,
Çəhdi zülfıqarı vurdu kafərə,
Zülfiqarı vuran var idi, getdi.
Bə görmürsən bu bivəfa dünyanı,
Neynədin Rüstəmi-Zal pəhləvanı,
Ərəsət ayağı, haqqın divanı,
Kərim ondan xəbərdarıdı, getdi.