Təkatək
←Getdi | Təkhatək Müəllif: Ululu Kərim |
Darayı bağlar→ |
Mənbə: Qara Namazov. "Ozan-aşıq sənətinin tarixi" (PDF) (az.). AMEA Folklor İnstitutu. 2013. 2016-04-23 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-08-11. Yusif Səfərov. Naxçıvan aşıqları və el şairləri (PDF) (az.). Naxçıvan: "Əcəmi" NPB. 2011. 2017-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-05. |
Ay həzarat, dərdim həddən aşıbdı,
Ərzi-halım sizə deyim, təkatək.
Gah hazır ərənlər, qırxlar sultanı,
Müşkülüm var, yet dadıma, təkatək.
Bülbülün harayı bu dağa düşmüş,
Sinəm çalın-çarpaz budağa düşmüş,
Məcnun tək məskənim bu dağa düşmüş,
Nəs eylərəm pünhan yerdə təkatək.
Sərindən tökülüb siyah tellərin,
Buxağından dəstə-dəstə güllərin,
Yadıma düşəndə şirin dillərin,
Çünun ollam mən gəzərəm, tətatək.
Kərim deyər, yarələrim yarədən,
Xəstə cismim sızıldarsan yarədən,
Yeri, göyü, ərkü-kürsü yaradən,
Müşkülüm var, yet dadıma, təkatək.
Xarici keçidlər
redaktə- Yusif Səfərov. Naxçıvan aşıqları və el şairləri (PDF) (az.). Naxçıvan: "Əcəmi" NPB. 2011. 2017-10-05 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-10-05.