Həzaran şükr kim, bir şəxsi-aliqədr hümmətdən

Həzaran şükr kim, bir şəxsi-aliqədr hümmətdən
Müəllif: Seyid Əzim Şirvani
Mənbə: Tərtibçi:A.Abdullayeva (2012). Azərbaycan maarifinin yorulmaz carçısı: Həsən bəy Zərdabi – 170 (az). Orijinal mənbədən 2016-05-06 tarixində arxivləşdirilib. Yoxlanılıb 2016-08-08.

Həzaran şükr kim, bir şəxsi-aliqədr hümmətdən,
Qəzet bünyadına Rusiyyədə izn aldı dövlətdən.

Məlikzadə Həsən bəy arifi-dünya Zərdabi,
Götürdü əhli-islamı bü gün xaki-məzəllətdən.

Zəbani-türk ilə agah eylər əhli-Qafqazı,
Gahi tazə xəbərlərdən, gəh asari-hökumətdən.

Olub sövdəgəri-xeyr ol mükərrəm əhli-islamı,
Xəbərdar eylədi hər nəfü hər kəsbü ticarətdən.

Nəsimi sübhtək feyzi olub bu aləmə sari,
Oyatdı lütf əliylə qəflət əhlin xabi-qəflətdən.

Bu iznə razılıq vacibdir əlhəq əhli-islamə,
Ki, verdi imperaturi-cahanpərvər ədalətdən.

Dəxi ol izn alan şəxsin bizəvacibdir ikrami,
Ki, oldu xeyrxahi əhli-Qafqazın nəcabətdən.

Görüb ol kari-xeyri bu duanı eylədi Seyyid,
Dedi əhli Şəmaxi cümləsi amin sədaqətdən.

İlahi padşahi-Rusun eylə dövlətin əfzun,
Məlikzadə Həsən bəyin ömrünü hifz eylə afətdən.